 |
17.01.2013
Sumqayıt şəhər Mərkəzi Uşaq kitabxanasında 20 Yanvar faciəsinin 23-cü ildönümü münasibətilə
“Vətən üçün ölənlərin izi itməz bu dünyada” adlı xatirə gecəsi keçirilmişdir
Sumqayıt şəhər Mərkəzi Uşaq kitabxanasında 17.01.2013-cü tarixində 20 Yanvar faciəsinin 23-cü ildönümü münasibətilə “Vətən üçün ölənlərin izi itməz bu dünyada” adlı xatirə gecəsi Şəhər Mədəniyyət Evi, Fars-İngilis Dilləri Təmayüllü, 18 saylı tam orta məktəblərin iştirakı ilə keçirildi. Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri Tağıyeva N. bildirdi ki, Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilmiş 1990-cı ilin 20 Yanvar hadisələrindən 23 il ötür. Ən yeni tariximizin qan yaddaşı kimi unudulmayan 20 Yanvar xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya göstərdi. 1990-cı ildə xalq əliyalın, fəqət sarsılmaz iradə ilə başdan-ayağa silahlanmış qəddar sovet hərb maşınına qarşı duraraq imperiyanın Azərbaycanın milli azadlıq hərəkatını susdurmağa yönələn cəhdlərini tamamilə boşa çıxardı.
Qanlı Yanvar faciəsinin törədildiyi tarixi şərait, onun başvermə səbəbləri və nəticələri barədə danışan 18 saylı tam orta məktəbin kitabxanaçısı Cavadova Rəfiqə vurğuladı ki, bu hadisə təkcə hüzn günü deyil, həm də Azərbaycan xalqının mübarizlik əzmini əks etdirən qürur günü kimi qeyd edilir.
Xatirə gecəsi ədəbi-bədii kompozisiya ilə davam etdi. Fars-İngilis Dilləri Təmayüllü tam orta məktəbin şagirdlərindən Həsənli Jalə, Abbasov Yaşar, Hüseynov Rövşən, Səfərli Mənzurə, Quliyeva Səbinə, Əlizadə Fatimə, Osmanova Yeganə, Quliyeva Sevinc 20 Yanvar faciəsinə həsr edilmiş şerləri böyük məharətlə ifa etdilər.
Tədbirə yekun vuran kitabxananın müdiri Tağıyeva Nailə şagirdlərin çıxışlarını yüksək qiymətləndirdi, xüsusən bu işdə daha çox əməyi olan Şəhər Mədəniyyət Evinin işçisi Aslanova Kəmaləyə öz təşəkkürünü bildirdi.
20.12.2012
Kitabxanaçıların ümumrespublika müşavirəsi keçirilib
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Azərbaycan kitabxanaçılarının ümumrespublika müşavirəsi keçirilib. "Park İnn" mehmanxanasında keçirilən müşavirədə hökumət rəsmiləri, Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olan kitabxana-informasiya müəssisələrinin, habelə tabeçiliyində kitabxanalar olan nazirliklərin, komitələrin, idarə və təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər. İştirakçılar öncə Mədəniyyət və Turizm Nazirliyinin 2010-2012-ci illərdə nəşr edilmiş kitablarından ibarət sərgi və müxtəlif kitabxanaların fəaliyyətini əks etdirən fotostendlərlə tanış olublar. Tədbir Azərbaycan kitabxanaları haqqında videoçarxın nümayişi ilə başlanıb. Müşavirədə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev respublikada kitabxanaların fəaliyyəti, son dövrlər kitabxana sahəsində görülmüş işlər haqqında ətraflı məlumat verib və bildirib ki, ölkənin kitabxana tarixində ilk dəfə olaraq qədim və nadir nəşrlərin reyestri hazırlanıb. Dövlət reyestrinə 3483 adda müxtəlif formada olan kitab abidəsi daxil edilib. Kitabxana sahəsində islahatlardan danışan Vaqif Əliyev müasir tələblərə cavab verməyən kitabxana filiallarının digər aktiv kitabxana filiallarına birləşdirildiyini bildirib. Vaqif Əliyev çıxışının sonunda Azərbaycanda hazırda ən aktual problem olan ölkənin kitab sərvətinin qeydiyyatı məsələləri haqqında da fikirlərini bölüşüb və bildirib ki, Dövlət Kitab Palatasının bərpası bizim qarşımızda duran əsas prioritetlərdən olmalıdır". Milli Kitabxananın Məsləhət Şurasının sədri, Xalq yazıçısı Çingiz Abdullayev çıxışında kitab mağazalarının azlığını mənfi hal kimi dəyərləndirib: "Vaxtilə Bakıda 114 kitab mağazası olub. İndi 8 kitab mağazası var. Bu, bütün ziyalıları narahat edir. Düşünürəm ki, Kitab Palatasının bərpa olunası da vacib məsələdir". XXI əsrin intellekt, informasiya əsri olduğunu vurğulayan yazıçı Azərbaycanın gələcəyinin kitab oxuyan gənclikdən asılı olduğunu bildirib. O, Azərbaycan Yazıçılar Birliyinin kitabxanalarda oxucularla görüşlər təşkil etdiyini, bu işlərin davamlı olmasının, kitabxanaçıların təşəbbüslərlə çıxış etməsinin zəruriliyini ifadə edib. Sonra Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov kitabxana işi sahəsində mövcud qanunvericilik sənədlərindən danışıb. Bildirib ki, "Mədəniyyət haqqında", "Kitabxana işi haqqında" qanunlarda kitabxanalar vətəndaşların sərbəst informasiya almaq hüququnu, onların kitablara, dövrü nəşrlərə tələbatını təmin edilməsində mühüm fəaliyyət sahəsi kimi qeyd olunur. Natiq daha sonar qeyd edib ki, "Kitabxanaçı günü"nün təsis olunması bu sahədə çalışanları öz işlərinə daha həvəslə yanaşmağa sövq edə bilər". Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxışında bildirib ki, kitabxanaçılıq və informasiya anlayışlarının birləşdirilməsi zamanın tələbindən irəli gəlir. Bu gün informasiya mənbələri artıb. İnternet həyatımızda əsas informasiya mənbəyi kimi çıxış edir: E.Vəlizadə kəndlərdə və bir sıra rayon mərkəzlərində kitabxanaların internetə çıxışı ilə bağlı problemlərə də toxunub. Təhsil nazirinin müavini Qulu Novruzov təhsil sahəsinə aid kitabxanalarda həyata keçirilən tədbirlərdən bəhs edib. Müşavirənin sonunda kitabxana-informasiya sahəsinə səmərəli fəaliyyətinə görə bir qrup kitabxanaçıya Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanları təqdim olunub.
12.12.2012
S.Vurğun adına Mərkəzi kitabxanada preslib.az saytı ilə
oxucular tanış edilmişdir
S.Vurğun adına Mərkəzi kitabxanada Ümummilli liderimiz Heydər Əliyevin həyatını və zəngin ictimai-siyasi fəaliyyətini geniş şəkildə əks etdirən internet portalları və saytları içərisində ən mühim olanı Azərbaycan Respublikası Prezidentinin işlər idarəsinin Kitabxanasının preslib.az saytı ilə oxucular tanış edildi. Bu saytda ümummilli liderimizə həsr olunmuş Heydər Əliyev elektron məlumat toplusu yaradılmışdır. Topluda Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif istiqamətləri geniş əhatə olunmuşdur. Onların elmi-metadoloji əhəmiyyəti oxucuların informasiya sorğusunun ödənilməsində zəngin mənbə olduğu qeyd edildi. Bu sayt ilə oxucuları Mərkəzi kitabxananın əməkdaşı Natiq Mürsəlov tanıs etdi.
10.12.2012
S.Vurğun adına Mərkəzi kitabxanada ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Xalqa bağışlanan ömür “ adlı oxucu konfransı keçirilmişdir
S.Vurğun adına Mərkəzi kitabxanada ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Xalqa bağışlanan ömür “ adlı oxucu konfransı keçirilmişdir. Tədbiri giriş sözü ilə MKS-in direktor müavini Səfərova Gülnaz xanım açmışdır. Sonra SDU-nun tarix fakultəsinin tələbəsi Eyvazlı Rza “Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin qurucusudur”, Mərkəzi kitabxananın xidmət şöbəsinin müdiri Mirzəyeva Zemfira “Heydər Əliyev və mədəniyyətimiz”,BDU–nun jurnalistika fakultəsinin tələbəsi Şəbnəm Mehdizadə “Heydər Əliyev və dirçələn iqtisadiyyatımız” mövzularında məruzə etmişlər. Daha sonra kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin əməkdaşı Mürsəlov Natiq oxuculara Heydər Əliyev ilə əlaqədar elektron resurs haqqında əyani vasitələrlə məlumat verdi. Sonda Gülnaz xanım bütün iştirakçılara öz təşəkkürünü bildirdi.
21.11.2012
Uşaq hüquları və Azərbaycanda onların müdafiəsi mexanizmləri
MKS-in 12 saylı uşaq kitabxana-filialında “Uşaq hüquqları” aylığı çərçivəsində “Uşaq hüquları və Azərbaycanda onların müdafiəsi mexanizmləri” adlı dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri Tağıyeva Nailə Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin növbəti ildönümü ilə bağlı ötən illərdə olduğu kimi, bu il də 20 oktyabr – 20 noyabr tarixlərində respublikamızda keçirilən “Uşaq hüquqları” aylığının keçirilməsində əsas məqsədlər haqqında məlumat verdi. O, uşaqların ictimai həyatdakı rolu, onların təhsil, istirahət, əmək və s. hüquqlarının qorunması, uşaqlara zorakılıq hallarına qarşı mübarizə haqqında qısa məlumat verdi. Tədbirdə ölkə Prezidentini rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində uşaqlara xüsusi diqqət yetirildiyi, onların sağlam böyüməsi, təhsili, fiziki və intellektual inkişafı, hüquqlarının müdafiəsi və təmini istiqamətində mühüm tədbirlərin həyata keçirildiyi vurğulandı. Qeyd edildi ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın uşaq hüquqlarının təmin edilməsi, onların sağlamlığı, yüksək mənəvi və sosial mühitdə böyüməsi, layiqli vətəndaş kimi formalaşması istiqamətində həyata keçirdiyi davamlı tədbirlər böyük razılıq hissi ilə qarşılanır. Uşaq hüquqlarının müdafiəsi, təmini və təbliğində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də rolu haqqında da tədbir iştirakçılarına məlumat verildi. Daha sonra uşaqlar onları maraqlandıran hüquq və vəzifələri haqqında öz fikir və mülahizələrini bir-birləri ilə bölüşdülər, rastlaşdıqları hüquq pozuntuları haqqında fikir mübadiləsi etdilər.
09.11.2012
Dövlət Bayrağı Günü qeyd olundu
MKS-in 12 saylı uşaq kitabxana-filialı şəhər Mədəniyyət Evi və Fars İngilis Təmayüllü İnternat Məktəbi ilə birgə 9 noyabr Dövlət Bayrağı günü münüsibətilə tədbir keçirdi. “Türkün bayraq sevgisi” adlı tədbir Fars-İngilis Təmayüllü İnternat Məktəbinin akt zalında keçirildi. Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə məktəbin direktoru Əliyev İsmayıl əlamətdar gün münasibətilə mərasim iştirakçılarını təbrik etdi, bayrağın müstəqilliyin, dövlətçiliyin və dövlət quruculuğunun rəmzi hesab olunmasından danışdı. Daha sonra çıxış edən məktəbin tarix müəlliməsi Tağıyeva Ruhi Azərbaycan bayrağının tarixi haqqında ətraflı şəkildə məlumat verdi. Natiq Azərbaycanda bu günün təntənə ilə qeyd edilməsinin həm də gənc nəsildə vətənpərvərlik ruhunun möhkəmlənməsinə xidmət etdiyini vurğuladı. 12 saylı kitabxananın baş kitabxanaçısı Əliyeva Nəzakət isə Azərbaycan Respublikasının dövlət rəmzlərinə həsr olunmuş kitab sərgisi ilə tədbir iştirakçılarını tanış etdi və sərgidə nümayiş etdirilən kitabların qısa xülasəsini verdi. Məktəblilərin ifasında bədii kompozisiya tədbir iştirakçılarına təqdim edildi. Sonda uşaqlar sözləri R.Yusifoğluna, musiqisi R.Şəfəqə aid “Üçrəngli bayraq” mahnısını oxudular.
22.10.2012
S. Vurğun adına Mərkəzi kitabxanada şair Xəlil Rza Ulutürkün
80 illik yubileyi ilə bağlı bədii qiraət müsabiqəsi keçirildi
S. Vurğun adına Mərkəzi kitabxanada şair Xəlil Rza Ulutürkün 80 illik yubileyi ilə bağlı bədii qiraət müsabiqəsi keçirildi. Müsabiqədə Mərkəzləşdirilmiş kitabxana sisteminə daxil olan kitabxana-filialların oxucuları iştirak edirdi. Müsabiqəni giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Əhmədova Yeganə açaraq, Xəlil Rza yaradıcılığından bəhs etdi və müsabiqədə iştirak edənlərə müvəfəqiyyət arzuladı. Müsabiqədə I, II, III-cü yerlər müəyyənləşdi. Qaliblərə fəxri fərman və hədiyyə verildi. Digər iştirakçılar isə fərqləndiyinə görə fəxri fərmanla təltif olundu.
17.10.2012
S.Vurğun adına mərkəzi kitabxananın oxu zalında
“Müstəqilliyimiz əbədidir, dönməzdir”adlı oxucu konfransı keçirilib
S.Vurğun adına mərkəzi kitabxananın oxu zalında 18 oktyabr – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günü ilə əlaqədar oxucu konfransı keçirilib. Tədbiri giriş sözü ilə abonement şöbəsinin müdiri Mirzəyeva Zemfira açaraq tədbir haqqında məlumat verib və qonaqları auditoriyaya təqdim edib. SDU-nun tarix fakultəsinin tələbəsi Rza Eyvazlı “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”, 3 saylı Saray məktəbinin tarix müəllimi Qafqaz Eyvazov “Dövlət Müstəqilliyimiz-inkişaf və tərəqqiyə aparan yol”, TET-in tarix müəllimi Ulduz Quliyeva “Müstəqil Azərbaycan Beynəlxalq aləmdə” mövzuları ilə çıxış ediblər. Tədbir SDU və AMİ-nun tələbələri tərəfindən maraqla qarşılanıb. Təşkil edilmiş “Müstəqilliyimiz milli sərvətimizdir” başlıqlı sərgidən oxu zalının kitabxanaçısı Miranə Allahverdiyeva xülasə verib.
04.10.2012
Ucalıq və mənəvi saflıq rəmzi
04.10.2012-ci il tarixində 12 saylı uşaq kitabxana filialı 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə “Ucalıq və mənəvi saflıq rəmzi” adlı şeir dəqiqələri keçirmişdir.Tədbir 18 saylı tam orta məktəbdə səkkizinci sinif şagirdləri ilə birgə keçirildi. Tədbiri giriş sözü ilə açan uşaq kitabxanasının kitabxanaçısı Əliyeva Nəzakət əvvəlcə uşaqları salamladı və bildirdi ki, Azərbaycan xalqının milli təfəkküründə müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunmuş, böyük hörmət və yüksək ehtiramla çəkilmişdir. Sosial statusundan, tutduğu vəzifədən asılı olmayaraq bu gün də hər bir kəs cəmiyyətdəki mövqeyinə, şəxsiyyət kimi formalaşmasına, qazandığı biliklərə görə özünü məhz xeyirxah müəllimlərinə borclu sayır. Daha sonra 18 saylı məktəbin kitabxanaçısı Cavadova Rəfiqə çıxış etdi. Sonra tədbir məktəbin şagirdlərinin ifasında müəllimlərə həsr edilmiş şeirlərdən ibarət kompozisiya ilə davam etdirildi.
28.09.2012
Sözlərdədir dünyada əbədi həyat
28.09.2012-ci il tarixində MKS-in 12 saylı uşaq kitabxana filialı 4 saylı Gənclər kitabxanası ilə birgə Sumqayıt yazarlarının “Poeziya günü” ilə əlaqədar tədbir keçirmişlər. 12 və 18 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə keçirilmiş “Sözlərdədir dünyada əbədi həyat” adlı tədbir maraqlı və yaddaqalan olmuşdur. Tədbirdə Sumqayıt ədəbi mühitinin görkəmli nümayəndələrindən olan Rafiq Oday, Məmmədyar Məmmədyarlı, Asif Asiman, Əli İsmayıllı, Rafael Laçınlı iştirak edirdi. Tədbiri giriş sözü ilə 4 saylı Gənclər kitabxana filialının müdiri Eminova Sona açaraq bildirdi ki, əsrlər boyu poeziya Azərbaycanda mənəvi sərvət sayılıb, şair sözü bütün dövrlərdə müqəddəs tutulub. Poeziya yenə də bu, əzəli-əbədi missiyanı şərəflə yerinə yetirir. Milli poeziyamızın inkişafında xüsusi rolu olan Sumqayıtlı şairlərlə keçirilən ənənəvi görüşün əhmiyyəti və vacibliyi haqqında da qısa məlumat verən Eminova Sona hər bir iştirakçı şair haqqında da qısa məlumat verdi.
Çıxış üçün söz alan hər bir şair öz söz və sənət dünyasından söhbət açdı, şeirlərindən nümunələr söylədilər, oxucuların çoxsaylı suallarına maraqlı və yaddaqalan cavablar verdilər. Gənc poeziya həvəskarları Rafiq Odayın “Bu torpağın adı Şərur”, Məmmədyar Məmmədyarlının “Şeirdi”, Asif Asimanın “Atlanın igidlərim”, Əli İsmayıllının Azərbaycanım”, Nisə Qədirovanın “Sarı gəlin harayı”, Həsən Hüseynlinin “Vətən bizi gözləyir” şeirlərini söylədilər.
Sumqayıt yazarları ilə görüş
28.09.2012 tarixində Sumqayıt şəhər MKS-nin 8 saylı uşaq kitabxanasında Sumqayıt yazarları ilə görüş keçirildi. Tədbiri 7 və 8 saylı kitabxananın işçiləri təşkil etdilər. Görüşdə Sumqayıt yazarlarından Əvəz Mahmud Lələdağ, Güloğlan Dünya ,Qafqaz Əvəzoğlu, 26 saylı tam orta məktəbin ədəbiyyat müəllimi Səyyarə Şükürova, tarix müəllimi Qafqaz Eyvazov iştirak etdilər.Görüşdə şairlər öz yaradıcılıqlarından söhbət açıb, şeirlərindən nümunələr söylədilər.
15.09.2012
Biliyin sehrli açarı
15.09.2012-ci il tarixində MKS-in 12 saylı uşaq kitabxana filialında Bilik günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbir 12 saylı tam orta məktəbin 2-ci sinif şagirdləri ilə birgə keçirilmişdir. Tədbirdə çıxış edən kitabxanaçı Əliyeva N. ilk öncə müəllim və şagirdləri yeni dərs ili münasibətilə təbrik etdi. Sonra o, qeyd etdi ki, əziz balalar, sabahın qurucuları sizsiniz. Həyatımızın gələcək inkişafı, elmin nailiyyətləri sizin adınızla bağlı olacaqdır. Odur ki, sabahın böyük, işıqlı günlərinə siz indidən hazırlaşmalısınız. Dərin, mükəmməl elmlə silahlanmalısınız. Daha sonra Əliyeva N. kitabxana haqqında da qısa məlumat verərək onları fondla, abonement, oxu “Cırtdan” multimedia zalı ilə tanış etdi.
Tədbirdə uşaqlar məktəb, kitab, müəllim, Vətən, ana haqqında şeirlər söylədilər.
“Doğma məktəb yenidən bu gün açıb qoynunu”
15.IX. 2012-ci ildə Sumqayıt şəhər MKS-nin H. Z. Tağıyev adına 7 saylı kitabxana filialı Bilik günü ilə əlaqədar “Doğma məktəb yenidən bu gün açıb qoynunu” adlı tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə kitabxana –filialın müdiri Məmmədli Leyla açaraq uşaqları “Bilik günü” münasibətilə təbrik etdi, yeni dərs ilində onlara müvəffəqiyyətlər arzuladı. Sonra tədbir iştirakçılarına söz verildi. Məktəbə yeni qədəm qoyacaq uşaqların ifasında şeirlər söylənildi. Kitabxananın oxucusu Rəhimli Toğrulun əl işlərindən ibarət “ Bizim rənglər dünyamız” adlı sərgiylə tanışlıq oxucuların maragına səbəb oldu.Tədbirin sonunda uşaqlara tövsiyyələr verildi, hər zaman müəllimlərinin tapşırıqlarını yerinə yetirmək və valideynlərinin başını daim uca etmək, bu məsuliyyətli yolda müvəffəqiyyət qazanmağı arzu edildi.
08.09.2012
“Nəğmə dolu bir ürəyəm”
08.IX.2012-ci ildə MKS-in H. Z. Tağıyev adına 7 saylı kitabxana filialda musiqi günü ilə əlaqədar “Nəğmə dolu bir ürəyəm” adlı sərgi təşkil olunmuşdu.Tədbirin əvvəlində oxuculara musiqi günü haqqında məlumat verildi. Sərgidə nümayiş olunan öz ifasıyla hər kəsin könlünə yol tapan Müslüm Maqomayevin, Zeynəb Xanlarovanın, dahi bəstəkar Üzeyir Hacıbəyovun, S. Kərimovun moestro Niyaziyə həsr olunmuş kitabı, V. Məmmədovun “Füzulinin musiqi dünyası”, Azərbaycan xalq mahnıları, Z. Səfərovanın “Musiqi elmi”, bəstəkar Rauf Hacıyevə həsr olunmuş E. Nağıyevin “Böyük bəstəkar” adlı məqaləsi, D.Əhmədovanın “C.Cahangirovun mahnı yaradıcılığı” adlı məqaləsi, bir sözlə, musiqi tarixində öz xidmətləri ilə adını tarixə yazan dahi şəxsiyyətlər haqqında oxuculara geniş məlumat verildi.
18.08.2012
“Torpaq fəryadlı şeirlər”
12 saylı uşaq kitabxana filialında Xalq yazıçısı Mirvarid Dilbazinin anadan olmasının 100 illiyi münasibətilə “Torpaq fəryadlı şeirlər” adlı şeir dəqiqələri keçirildi. Tədbirin aparıcısı kitabxananın böyük kitabxanaçısı Əliyeva Nəzakət əvvəlcə Mirvarid Dilbazinin həyat və yaradıcılığı və sərgi haqqında oxuculara geniş məlumat verdi. Sonra isə kitabxananın fəal oxucuları Mirvarid Dilbazinin şeirlərindən “Vətən ogulsuz olmasın”, “Vətən oglu”, “Torpaq anamız, torpaq”, ”Torpaq mahnısı”, “Bizim yurdun”, “Ölkəm”, “Sülhdür andımız”, “Çağırır dünyanı mübarizəyə” və s. şeirləri oxucular tərəfindən ifa olundu.
07.08.2012
“Klassik hekayə ustası”
12 saylı uşaq kitabxana filialında Xalq yazıçısı Seyid Hüseynin anadan olmasının 125 illiyi münasibətilə “Klassik hekayə ustası” adlı hekayə saatı keçirildi. Tədbirin aparıcısı kitabxananın böyük kitabxanaçısı Əliyeva Nəzakət əvvəlcə Seyid Hüseynin həyat və yaradıcılığı haqqında oxuculara geniş məlumat verdi. Sonra isə tədbir iştirakçıları ilə birlikdə Seyid Hüseynin “Bir küçənin tarixi” hekayəsi müzakirə edildi. .Tədbirdə iştirak edən kitabxananın oxucularından Məmmədova Günel, Bayramlı Aytəkin, Şahquliyev Pərviz, Kərimov Tural hekayə haqqında öz fikirlərini bildirdilər. Tədbir oxucular tərəfindən maraqla qarşılandı.
01.06.2012
Səhərcik keçirildi
1 Iyun – Uşaqları Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar 7 saylı uşaq kitabxana – filialı 45 saylı uşaq bağcası ilə birlikdə “Körpə gülüşlü bayram” adlı səhərcik keçirdi.Tədbiri giriş sözü ilə kitabxananın əməkdaşı Muradova Lalə açaraq uşaqları bayram münasibətilə təbrik etdi, onlara xoş arzularını bildirdi. Balaca fidanların ifasında sözləri Rafiq Rüstəmova, musiqisi isə Rəfiq Zəkaya aid olan “Anacan”mahnısı dinlənildi. Uşaqların ifasında şeirlər səsləndi, A.Səhhətin ”Tülkü və meymun”təmsilinin səhnəciyi ifa edildi. Uşaqlar lətifələr, yanıltmaclar söylədilər, tapmacaları cavablandırdılar. Tədbirdə “Dünyanı verək uşaqlara”başlıqlı sərgi nümayiş edildi və uşaqlar sərgi ilə tanış oldular.
08.05.2012
“Çəkin Qarabağdan qara əlləri”
MKS-in 12 saylı uşaq kitabxana-filialında Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20 illiyinə həsr edilmiş “Çəkin Qarabağdan qara əlləri” adlı şeir dəqiqələri keçirildi. Tədbirdə Şuşa şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan baş kitabxanaçı Əliyeva Nəzakət Şuşanın işğalından dərin kədər hissi ilə söz açdı və bildirdi ki, Azərbaycan torpaqları dəfələrlə işğal olunmuşdur. Amma Azərbaycan bu gün də yaşayır və müxtəlif sahələrdə başqa ölkələrə nümunə göstərir. Vaxt gələcək, biz yenə Qarabağa, Şuşaya qayıdacağıq. Sonra tədbir iştirakçıları “Qarabağım, qan yaddaşım” adlı sərgidə nümayiş etdirilən kitablarla tanış oldu. Fəal oxuculardan Fərziyeva Nəzrin və Fərzəliyev Afiqin aparıcılığı ilə davam etdirilən tədbirdə Şuşaya aid şeirlər söylənıldi. Şuşanın dünəni və bu gününü əks etdirən videoçarxlar nümayiş etdirildikdən sonra musiqişünas Fərziyev Rasim mədəniyyət beşiyimiz olan Şuşanın dünyaca məşhur bəstəkarları, sənət adamları haqqında ətraflı məlumat verdi.
05.05.2012
Bənzərsiz sənət ulduzu
İnqilabi-satirik şerimizin banisi və bayraqdarı Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illik yubileyi münasibətilə MKS-in 12 saylı uşaq kitabxanası şəhərin 12 saylı tam orta məktəbi ilə birgə tədbir keçirdi. Tədbirdə şairin həyat və yaradıcılığı haqqında məktəbin ədəbiyyat müəllimlərindən Quliyeva Iradə, Qənbərova Arzu, Əliyev Bədir məlumat verdi. 12 saylı kitabxananın əməkdaşı Əliyeva Nəzakət isə bütün həyatını xalqına həsr edən vətənpərvər şairin ədəbi yaradıcılığına həsr olunmuş “Dahi satirik –
150” sərgisində nümayiş etdirilən kitablarla tədbir iştirakçılarını tanış etdi. O, şairin zamanın sınaqlarından alnıaçıq çıxmış, böyük həqiqət kitabı olan “Hophopnamə”sini həmişə oxumağı tövsiyə etdi. Sonra məktəbin 6 – 8- ci sinif şagirdləri ”Bənzərəm bir qocaman dağa ki, dəryada durar...” adlı ssenari əsasında hazırlanmış bədii kompozisiya ilə çıxış etdilər.
21.04.2012
“Uşaqlara qarşı zorakılıq yolverilməzdir”
12 saylı uşaq kitabxana-filialında “Uşaq hüququ” informasiya mərkəzi xətti ilə 21.04.2012-ci il tarixində “Uşaqlara qarşı zorakılıq yolverilməzdir” mövzusunda disput keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Tağıyeva Nailə açaraq 13 noyabr 2009-cu ildən fəaliyyət göstərən hüquq mərkəzinin yaradılmasının məqsədi haqqında məlumat verdi, uşaq hüquqlarına dair toplanmış çap və elektron nəşrlərin təbliği, keçirilən maarifləndirmə tədbirlərindən söz açdı. Daha sonra çıxış edən Sumqayıt Tibb Kollecinin müəllimi, hüquqşünas Mustafayev Fərhad, Azərbaycan Praktik Psixoloqlar Assosiasiyasının üzvü Həsənov Nazim, BDU-nun hüquq fakültəsinin tələbəsi Mədətov Emil mövzu ilə bağlı iştirakçılara məlumat verdilər. Sonra 12 saylı məktəbin şagirdləri uşaqlara qarşı törədilən və şahidi olduqları fiziki zorakılıqlar haqqında diskusiyaya cəlb olundular, verilən suallar hüquqşünas tərəfindən ətraflı cavablandırdı.
11.04.2012
Deməyi bizdən, yozmağı sizdən
Sumqayıt şəhər MKS-in 12 saylı uşaq kitabxana-filialında “Kitabla dünyanı fəth edək” devizi altında “Deməyi bizdən, yozmağı sizdən” adlı tapmaca axşamı keçirildi. Tədbir şəhərin 40 saylı “Lisan” bağçası ilə birlikdə keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri Tağıyeva Nailə əvvəlcə S.Vurğun adına Mərkəzi kitabxana tərəfindən 2012-ci ilin “Kitabla dünyanı fəth edək” ili olmasının məqsədi haqqında məlumat verərək bildirdi ki, məqsədimiz kitabxana fondunun təbliği, kitabxana xidmətinin əhatə dairəsinin genişləndirilməsi, xüsusən azyaşlılar arasında mütaliə və məlumat mədəniyyətinin yüksəldilməsi və fəallığının artırılması, onlarda mütaliəyə marağın formalaşması üçün mümkün şəraitin yaradılmasıdır. Uşaqlar kitabxananın yaranma tarixi, fondu, xidmət zalları haqqında məlumat aldıqdan sonra nəfis tərtibatlı nağıl kitablarından ibarət sərgi ilə də tanış oldular, ilin fəsilləri, bitkilər, heyvanlar haqqında verilmiş tapmacalara cavab verdilər. Səfərov Rasim, Məmmədli Şahanə, Rüstəmov İsmayıl, Şirinli Ləman, Dadaşzadə Nigar klassik və müasir uşaq şairlərinin şeirlərindən nümunələr söylədilər.
02.04.2012
“Sirli-sehirli kitablar aləmində”
12 saylı uşaq kitabxana filialında 2 Aprel Beynəlxalq Uşaq Kitabı günü münasibətilə “Sirli-sehirli kitablar aləmində” adlı tədbir keçirildi. Tədbirin təşkilatçısı və aparıcısı Quliyeva Leyla oxucuları bayram münasibətilə təbrik etdikdən sonra onlara bu bayramın maraqlı tarixi, tədbirin keçirilməsinin əsas məqsədi haqqında məlumat verdi, məşhur nağılçı H.K.Andersenin “Çirkin ördək balası” nağılını söylədi. Sonra tədbirin iştirakçısı olan 12 saylı məktəbin birinciləri kitaba, elmə, biliyə, məktəbə həsr edilmiş şeirlər söylədilər, kitab sərgisi ilə tanış oldular.
15.03.2012
“Bahar gəlir, Baharla gəl, ulu Novruz!”
12 saylı uşaq kitabxanası 12 saylı orta məktəblə birlikdə Novruz bayramı münasibətilə tədbir keçirmişdir. Tədbir 12 saylı məktəbin akt zalında 6 və 8-ci sinif şagirdləri arasında keçirilmişdir. Əvvəlcə Azərbaycanın Dövlət himninin sədaları altında al-əlvan çiçəklərlə, bayram xonçaları, rəngbərəng şamlar və səmənilər ilə bəzədilmiş zala üçrənglı bayrağımız gətirilmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin müəlliməsi Arzu Qəmbərova əvvəlcə qonaqları, iştirakçıları bayram münasibətilə təbrik etmiş, sonra Azərbaycan xalqının minilliklər boyu qoruyub saxladığı mənəvi sərvəti - Novruz bayramının tarixi, adət ənənələri, mərasimləri barədə məlumat vermişdir. Daha sonra uşaqlar bahara aid şeirlər, şən mahnılar, milli rəqslərimizdən ibarət bayram proqram ilə çıxış etmişlər. Kitabxananın əməkdaşı Nəzakət Əliyeva isə tədbir iştirakçılarına “Xoş növraqlı baharım” adlı kitab sərgisində Novruz mədəniyyətimizi əks etdirən materiallar haqqında məlumat vermişdir.
07.03.2012
Müqəddəs dəyərlər simvolu
MKS-in 12 saylı uşaq kitabxana filialı 8 mart Beynəlxalq qadınlar günü münasibətilə şəhərimizin 4 saylı ”Çobanyastığı” bağçasında tədbir keçirmişdir.
Tədbiri bağçanın məktəbəqədər hazırlıq qrupu üzrə tərbiyəçisi Ağayeva Firuzə açaraq tariximizin hər bir dövründə cəmiyyətimizin sarsılmaz dayağı olmuş, öz enerjilərini və zəkalarının gücünü bütünlüklə vətən, xalq yolunda sərf eləyən qadınlarımız haqqında danışdı. Sonra uşaqlar öz rəngarəng çıxışları, məzəli rəqsləri, şən mahnıları ilə anaları təbrik etdilər. Tədbirdə iştirak edən kitabxananın əməkdaşları Əliyeva Nəzakət və Allahverdiyeva Miranə öz çıxışları ilə yaşıdlarından fərqlənən uşaqları müxtəlif hədiyyələrlə mükafatlandırdıl
23.02.2012
Xocalı sızlayan yaddaşımız
Fevralın 23-də 12 saylı uşaq kitabxanasında Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş “Xocalı sızlayan yaddaşımız” adlı ədəbi-bədii gecə keçirilmişdir. Tədbir Mərkəzləşmiş kitabxana sisteminə daxil olan 7,12 saylı uşaq kitabxanaları və Uşaq kitabxana klubu ilə birlikdə təşkil edilmişdi. Əvvəlcə Xocalı şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra oxucuların ifasında Xocalı soyqırımına həsr olunmuş bədii kompozisiya dinlənildi. Tədbirin gedişi zamanı bu
faciəni əks etdirən şəkillər, videoçarxlar da nümayiş etdirildi.
16.02.2012
“Ocağa bağlılıq ənənəsi”
12 saylı uşaq kitabxanasında görkəmli yazıçı, publisist Vidadi Babanlının anadan olmasının 85 illiyi ilə əlaqədar “Müqəddəs ocaq” romanının müzakirəsi keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxanaçı Nəzakət Əliyeva əvvəlcə yazıçının həyat və yaradıcılığı haqqında oxuculara qısa məlumat verdi, V.Babanlının əsərlərindən ibarət kitab sərgisi ilə onları tanış etdi. Sonra o, romanın mövzusundan irəli gələn ideya xəttini əvvəlcədən hazırlanmış suallar əsasında oxucularla birlikdə müzakirə etdi. Tədbir zamanı oxuculardan Mədinə Rzayeva, Tubu Həsənova, Aytac Quliyeva öz fəallıqları ilə seçild
26.01.2012
“İtirilmiş uşaqlığın sorağında”
12 saylı uşaq kitabxana filialında Xalq yazıçısı Əzizə Əhmədovanın 80 illiyi münasibətilə “İtirilmiş uşaqlığın sorağında” adlı hekayə saatı keçirilmişdir. Tədbir kitabxananın oxu zalında kitabxanaçı Həsənova Elzanın rəhbərliyi ilə bir qrup fəal oxucunun iştirakı ilə keçirilmişdir. O əvvəlcə yazıçının həyat və yaradıcılığı haqqında oxuculara məlumat verərək bildirdi ki, ötən əsrin 70-80-cı illərində ədəbi orqanların səhifələrində imzası tez-tez görünən, nəşriyyatlarda kitabları müntəzəm çap edilən yazıçı Əzizə Əhmədova uşaq və gənclərin sevdiyi və maraqla oxuduğu ədiblərdən biri idi. O, çoxcəhətli yaradıcılığa malik bir qələm sahibi idi. Əzizə xanımın müxtəlif mövzulara həsr olunmuş yüzdən artıq hekayəsi içərisində müharibəyə üsyan, müharibə əleyhinə çağırış ruhlu “İtirilmiş uşaqlıq” hekayəsinin xüsusi yeri vardır. O, qeyd etdi ki, Əzizə xanımın bu hekayəsində müharibə mövzusu onun uşaqlıq illərinin acı, kövrək xatirələrindən yaranmışdır. O, müharibə illərində arxa cəbhədə uşaqların çəkdiyi məşəqqətli günləri, hərbin zəhmli, ağır əks-sədasını real boyalarla əks etdirmişdir. Sonda kitabxanaçı uşaqlara çörəyi əziz nemət kimi qiymətləndirməyi, ona hörmətlə yanaşmağı tövsiyə etdi.
Kitabxanaçı Əliyeva Nəzakət isə nasir, tərcüməçi, dramaturq Əzizə Əhmədovanın əsərlərindən ibarət kitab sərgisi haqqında qısa xülasə verdi.
25.01.2012
“Savalan” qonağımızdır
Gənc nəslin, fidan balaların xidmətində duran, sinəsi şeir və hekayələrlə, nağıl və rəvayətlərlə dolu olan “Savalan” qəzetinin redaksiya heyəti ilə Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanada 25 yanvar 2012-ci il saat 14 00-da görüş keçirildi.
Görüş Mərkəzləşmiş kitabxana sistemininə daxil olan 7, 8, 12, 15saylı uşaq kitabxanaları və Uşaq kitabxana klub ilə birlikdə təşkil edilmişdi.
Tədbiri MKS-in direktoru Əhmədova Yeganə açaraq oxucuları salamladı və redaksiya heyətinin üzvlərini onlara təqdim etdi. Qonaqlar: Savalan qəzetinin redaktoru Eldar Əliyev, şair İlyas Tapdıq və redaksiyanın əməkdaşı jurnalist Ələsgər Qurbanov iştirak edirdi.
Həmçinin tədbirdə qonaq qismində Gənclər və İdman Baş İdarəsinin Gənclər şöbəsinin sədri Sadıqzadə Rüstəm, Mədəniyyət və Turizm İdarəsinin inspektoru Axundova Ceyran, Təhsil şöbəsinin metodisti Nəsirova Ulduz iştirak edirdi.
Tədbirdə uşaqların ifasında “Savalan” qəzetinin səhifələrində nəşr olunmuş nağıllar səhnələşdirildi, şeirlər kompozisiya şəklində səsləndirildi. Şeir yazan uşaqlar öz şeirlərini söylədilər. Tədbir boyu musiqi nömrəsi səsləndi. Görüşdə redaksiya heyətinə suallar ünvanlandı. Tədbirdə öz bacarığı ilə fərqlənən iştirakçılara “Savalan” qəzetinin redaksiya heyəti hədiyyələr təqdim etdi.
19.01.2012
20 Yanvar faciəsinin 22-ci ildönümü münasibətilə
uşaq kitabxanasında tədbir keçirildi
12 saylı uşaq kitabxanasında 20Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar ədəbi-bədii gecə keçirildi. Əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri kitabxananın müdiri Tağıyeva Nailə açaraq xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş hadisələr haqqında ətraflı məlumat verdi. Tədbirdə çıxış edən 18 saylı məktəbin müəlliməsi Orucova Təranə və kitabxanaçı Cavadova Rəfiqə də 20 Yanvar faciəsi barədə danışarkən bu cinayətin 100 ildən artıq bir dövr ərzində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı siyasətinin bir halqası olduğunu vurğulamaqla bərabər qeyd etdilər ki, yanvar qırğını nə qədər faciəli olsa da, xalqın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməmişdir. Daha sonra 18 saylı tam orta məktəbinin IVa sinif şagirdləri 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirdilər. Onlar B.Vahabzadənin “Şəhidlər” poemasından, V.Babanlının “Elegiya”sından parçalar, R.Yusifoğlunun Şəhidlər xiyabanı”, C.Novruzun “Qan içində” şeirlərini söylədilər, “Şəhidlər” və “Ulu torpaq” mahnısını ifa etdilər.
Sonda o, qanlı Şənbə gecəsindən bəhs edən videoçarxlar, şəkillər də iştirakçılara təqdim olundu. “Azadlığa gedən yolun zirvəsi” adlı kitab sərgisi haqqında qısa xülasə verildi.
21.12.2011
17 saylı kitabxana-filialda 32 saylı məktəbin psixoloqu Məlahət Pirquliyeva ilə
görüş keçirildi
H.Z. Tağıyev qəsəbəsində yerləşən 17 saylı kitabxana-filialda 32 saylı məktəbin psixoloqu Məlahət Pirquliyeva ilə görüş keçirildi. Görüşdə həmçinin Laçın rayon məktəbinin psixoloqu Xumar Eyvazova, məktəbin müəllimi Nahidə Aslanova da iştirak edirdi. M.Pirquliyeva “Şəxsiyyətin psixoloji cəhətdən öyrənilməsi” mövzusunda tədbir iştiraçılarına məlumat verərək qeyd etdi ki, “Mən kiməm”, “Mənim dünyada yerim nədən ibarətdir” bu və ya başqa suallara cavabın axtarılması gənclərin özünü şəxsiyyət kimi dərk etməsi prosesinə çevrilir. Kitabxananın fəal oxucularından Şəbnəm Ağazadə, Aysun İsmayıllı, Nərgiz Rəsulova, Fizzə Çərkəzli və başqaları verdikləri maraqlı suallar ilə fərqləndilər. İnsanda eyni vaxtda üç “Mən-obraz”: “Real mən”, İdeal mən”, “Sosial mən”in mövcudluğu haqqında oxucuların fikirləri söylənildi.
Tədbirin sonunda maraqlı psixoloji oyunlar keçirildi.
S.Vurğun adına Mərkəzi kitabxanada
yazıçı Elçin Hüseynbəyli ilə görüş keçirilmişdir
Sumqayıt şəhər S. Vurğun adına Mərkəzi Kitabxana və Poeziya klubunun birgə təşkilatçılığı ilə Mütaliə ili çərçivəsində daha bir maraqlı tədbir keçirilmişdir. Belə ki, mütaliə həvəskarlarının yaradıcılığını maraqla izlədiyi, “Rəqs edən oğlan”, “Balıq adam”, “Məzar gəlini”, “Şah Abbas” və daha neçə-neçə kitablarını sevə-sevə oxuduğu Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-dramaturq, publisist , "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli öz qələm dostları ilə Sumqayıt oxucularının görüşünə gəlmişdir. Tədbirin aparıcısı şair İbrahim İlyaslı Elçin Hüseynbəylinin yaradıcılığı haqqında məlumat verərək bildirmişdir ki, bir neçə povest və romaların müəllifi olan yazıçının dram əsərləri olkənin aparıcı teatrlarının səhnəsində tamaşaya qoyulmuşdur. Yazıçı Əyyub Qiyas, şairə Almaz Sahilə, şairlər Əvəz Mahmud Lələdağ və digərləri çıxış edərək yazıçı haqqında səmimi fikirlərini söyləmişlər.
Daha sonra Elçin Hüseynbəyli öz gələcək planlarından danışmış,oxucuların suallarını cavablandırmış, oxucuları qarşısında yaradıcılıq hesabatı vermişdir.
Tədbir iştirakçıları yazıçının əsərlərindən ibarət “Yeni epoxanın romançısı” adlı sərgi ilə tanış olmuşlar.
12.12.2011
S.Vurğun adına Mərkəzi kitabxanada Ümummilli lider, ulu öndər Heydər Əliyevin
vəfatının 8-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir
Azərbaycan xalqının ümummilli lideri, ulu ondər Heydər Əliyevin vəfatının 8-ci ildönümü ilə əlaqədar Sumqayıt şəhər Mədədniyət və Turizm idarəsinin tərtib etdiyi tədbirlər planına müvafiq olaraq bütün mədəniyyət müəssisələrində müxtəlif tədbirlər keçirilmişdir.
Bunla əlaqədar olaraq Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanada oxucu konfransı keçirilmişdir.
Tədbiri giriş sözü ilə MKS-in direktoru Yeganə Əhmədova açaraq bir dəqiqəlik sükut elan etmiş, daha sonra tarixi günlə əlaqədar olarq məruzələr dinlənilmişdir. “Ümummilli lider Heydər Əliyevin ömür yolu” mövzusunda MKS-in direktor müavini, Gülnaz Səfərova, “H. Əliyev və Neft strategiyası” mövzusunda 2 saylı kitabxana – filialın müdiri Ofelya Qafarova, “Heydər Əliyev və gənclər siyasəti”mövzusunda7 saylı uşaq kitabxana-filialının müdiri Leyla Məmmədli, “H. Əliyevin daxili siyasəti” mövzusunda 3 saylı kitabxana-filialın müdiri Rita Behbudova, “Heydər Əliyev və mədəniyyət”mövzusunda Mərkəzi kitabxananın əməkdaşı Aysel Paşayeva çıxış etmişlər. Mərkəzi kitabxananın oxu zalının müdiri Nailə Əsgərova Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən ”Dahilik zirvəsinin fatehi” adlı sərgidə əks olunan ədəbiyyatların xülasəsini vermişdir.
29.11.2011
12 saylı uşaq kitabxanası "2011-ci ilin yubilyar kitabları" adlı
sərgi təşkil etmişdir
Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi, Rusiya mədəniyyət- informasiya mərkəzinin, Azərbaycandakı rus icmasının dəstəyi ilə 11 saylı məktəbdə “2011-ci ilin yubilyar kitabları” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının himni ilə başlandı. Tədbirin aparıcısı Pərişan Ədilova və Mahmud Mahmudov qonaqları salamladıqdan sonra rus dilinin dünya dilləri sırasındakı mövqeyi, görkəmli rus alimləri, şair və yazıçıları haqqında, bu gün yubileyi qeyd olunan kitablar, onların müəllifləri haqqında qısa məlumat verdilər. Sonra məktəbin ibtidai sinif şagirdlərinin ifasında qonaqlara K.Çukovskinin 85 illiyi qeyd olunan “Telefon” şeiri, Y.L.Akimin 55 illiyi qeyd olunan “Bacarıqsız” seiri və yuxarı sinif şagirdlərinin ifasında isə D.İ.Fonvizinin 230 illiyi qeyd olunan “Nadan övlad” pyesindən səhnələşdirilmiş parçalar təqdim olundu. Məktəbin xor kollektivinin ifasında isə rus dilinə həsr olunmuş mahnı səsləndirildi.
Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin baş məsləhətçisi Nikitin Mixail Alekseyeviç və Rusiya mədəniyyət-informasiya mərkəzinin sədri Yakunina Lyubov Timofeyevna rus dilinin Azərbaycanda ikinci dil kimi yüksək dəyərlərlə qiymətləndirildiyinə, belə tədbirlərin keçirildiyinə görə öz təşəkkürlərini bildirdilər.
Sonda çıxış edən 11 saylı məktəbin tədris hissə müdiri İsmayılova Lyubov Vladimirovna bu tədbirin təşkilatçılarına və sözü gedən 21 müəllifin yubilyar kitablarının sərgisinin yüksək səviyyədə təşkilinə görə 12 saylı uşaq kitabxana filialına öz minnətdarlığını bildirdi.
25.11.2011
Uşaq kitabxanasında "Ekologiya və biz" adlı tədbir keçirildi
H.Z. Tağıyev adına 7 saylı uşaq kitabxanasında 4 saylı Ekologiya şöbəsi ilə birlikdə “Ətraf mühiti qorumaq hər bir vətəndaşın borcudur” adlı tədbir keçirilmişdir. Tədbirə dəvət olunmiş 4 saylı Ekologiya şöbəsinin əməkdaşları Rəhman Qazıyev və Mayıl Dostuyev təbiətə, ekologiyaya göstərilən ögey münasibətlərdən, onun qorunması yollarının əhəmiyyəti haqqında danışdılar. Oxuculardan Kamran Murtuzovun, İbrahim Xəlilovun, Ləman Xəlilovanın, Gülsüm Məmmədzadənin, Kərimduxt Rövşanənin, Aygün Məlikovanın və s. suallarına cavab verdilər. Tədbirin sonunda “Təbiət və biz” adlı sərgidə nümayiş olunan ədəbiyyatların xülasısi verildi.
28.10.2011
Dövlət Proqramının icrası ilə əlaqədar
Sumqayıt şəhər MKS-də seminar keçirildi
“Azərbaycan Respublikasında kitabxana- informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” nın icrası ilə əlaqədar Sumqayıtda Binəqədi rayon MKS ilə Sumqayıt şəhər MKS-in birgə iştirakı ilə “Azərbaycanşünaslığı inkişaf etdirmək məqsədi ilə fondların ölkəşünaslığa və diyarşünaslığa dair materiallarla zənginləşdirilməsi” mövzusunda seminar-məşğələ keçirildi. Seminarda hər iki MKS-in direktorları və şöbə müdirləri iştirak edirdi.
Sumqayıt şəhər Mərkəzi kitabxanada şair Əli Kərimin 80 illik yubileyi ilə bağlı
bədii-qiraət müsabiqəsi keçirilmişdir
Müsabiqə Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt şöbəsi və Mərkəzləşmiş Kitabxana sistemi ilə birlikdə təşkil olunmuşdu. Müsabiqə II turdan ibarət idi. Müsabiqədə MKS-ə daxil olan kitabxanaların oxucuları iştirak edirdi. I turda 13 nəfər iştirakçı qalib seçildi. II turda isə bu qaliblər arasında I, II. III yerlər bölüşdürüldü. Yekun olaraq 28. X. 2011-ci il tarixdə keçirilmiş müsabiqəni giriş sözü ilə AYB-nin Sumqayıt şöbəsinin sədri Sabir Sarvan və Mərkəzi kitabxananın direktoru Yeganə Əhmədova açaraq, tədbir haqqında məlumat verdi.
Müsabiqədə 9 saylı kitabxananın oxucusu Paşayeva Könül “Qaytar ana borcunu”, 7 saylı kitabxananın oxucusu Murtuzlu Kamran “Alman əsiri”, 4 saylı kitabxananın oxucusu Poladova Aytac “Kürə yağış yağırdı”şeiri ilə I yerə, 7 saylı kitabxananın oxucusu Novruzova Nəzrin “Analar ağlar”, 12 saylı kitaxananın oxucusu Cəbrayılzadə Mələk “Gəl, Azərim” II yerə, 6 saylı kitabxananın oxucusu Cəbrayılova Nisə “Gül və çörək”, 2 saylı kitabxananın oxucusu Şirinzadə Fidan “Daş”, 10 saylı kitabxananın oxucusu bayramova Xanımnisə “Qonşuda bir qız ağlar” şeiri ilə III yerə layiq görüldülər. Qaliblərə Ə. Kərim haqqında kitablar verildi.
Digər iştirakçılara da fərqləndiyinə görə həvəsləndirici hədiyyələr təqdim olundu.
17.10.2011
“Vətənim mənim, varlığım mənim”
12 saylı Uşaq kitabxana filialında Dövlət Müstəqilliyinin 20-ci ildönümü ilə əlaqədar 4 saylı Gənclər, 12 saylı Uşaq kitabxana filial-ları birgə tədbir keçirildi. Tədbir dövlət himni ilə açıldı. Sonra çıxış edən 12 saylı kitabxananın müdiri Nailə Tağıyeva iştirakçıları bayram münasibətilə təbrik etmiş, tədbirin əhəmiyyətindən danışmışdır. O, ötən əsrin 90-cı illərində müstəqilliyimizin bərpasında, qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd etmiş, ölkəmizin 20 il ərzində keçdiyi inkişaf yolundan danışmış, iqtisadi və mədəni sahələrdə böyük nailiyyətlərə nail olunduğunu vurğulamışdır. Bildirmişdir ki, ulu öndər Heydər Əliyevin müəy-yənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.Qazanılan bütün bu uğurlar əminliklə söyləməyə əsas verir ki, öl-
kəmizin dövlət müstəqilliyi bir də heç vaxt əldən verilməyəcək, əbədi olacaqdır.
Sonra tədbir bədii hissə ilə davam etdirilmişdir. 18 saylı tam orta məktəbin şagirdlərinin ifasında ədəbi kompozisiya nümayiş etdirilmiş, Vətən, qəhrəmanlıq, şəhidlik mövzularında şeirlər səslənmişdir.
Tədbirin sonunda 4 saylı kitabxananın müdiri Sona Eminova “Azadllğln mənə məlhəm...” adlı sərgidən geniş xülasə vermiş, bildirmişdir ki, dövlət müstəqilli-yimizin əbədi və dönməz xarakter almasında ulu öndərin xidmətləri əvəzsizdir.
O qeyd etmişdir ki, bu illər ərzində Azərbaycanda bütün istiqamətlərdə quruculuq prosesi uğurla həyata keçirilmiş, dövlətçilik ənənələri zənginləşdirilmişdir. Tədbir maraqlı və yaddaqalan olmuşdur.
14.10.2011
“Müstəqillik xalqımımızın tarixi nailiyyətidir”
Nizami Gəncəvi adına UKK-da Dövlət Müstəqilliyinin 20-ci ildönümü münasibıtilə “Müstəqillik xalqımımızın tarixi nailiyyətidir” adlı tədbir keçirildi.
Tədbirdə kitabxanaçı Xatirə Qədirova “Müstəqilliyimiz əbəbdidir” mövzusunda məruzə etdi.
Daha sonra oxucular aşıq Anarın ifasında saz havalarını, kiçik yaşlı məktəblilərin ifasında xalq şairi Bəxtiyar Vahabzadənin, şair-döyüşçü İlham Xəzərin, Əjdər Qiyaslının şeirlərini maraqla dinlədilər.
Tədbirin sonunda kitabxanada “Müstəqil respublikamız” başlığı altında təşkil edilmiş sərgi haqqında oxuculara məlumat verildi.
11.10.2011
S.Vurğun adına mərkəzi kitabxanada Azərbaycanın Dövlət müstəqilliyinin
bərpa edilməsinin 20-ci ildönümünə həsr edilmiş oxucu konfransı keçirildi
S.Vurğun adına mərkəzi kitabxanada Azərbaycanın Dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr edilmiş “Müstəqilliyimiz əbədidir”adlı oxucu konfransı keçirildi. Tədbirdə Azərbaycan Müəllimlər İnstitunun Sumqayıt filialının İctimai fənlər kafedrasının baş müəllimi Tohid Məmmədov “Müstəqil Azərbaycanda dövlət gənclər siyasəti”, Təbiət Elmləri Təmayüllü gimnaziyanın tarix müəllimi Ulduz Quliyeva “Müstəqil Azərbaycan Respublikasının xarici siyasəti”, 16 saylı məktəbin tarix müəllimi Mehparə Cəfərova “Düşünülmüş sürətli və davamlı inkişaf” mövzularında maraqlı çıxışlar etdi. Tədbirdə SDU-nun tarix fakültəsinin tələbələri iştirak edirdi. “Müstəqilliyimiz milli sərvətimizdir” adlı sərgidəki ədəbiyyatlarla oxucuları kitabxananın məlumat-biblioqrafiya şöbəsinin müdiri Rəna Həsənova tanış etdi. Tədbir oxucular tərəfindən maraqla qarşılandı.
10.10.2011
“Narkomaniya əsrimizin bəlasıdır”
M.Ə.Rəsulzadə adına 2 saylı kitabxanada H.Z.Tağıyev adına 7 saylı uşaq kitabxanası ilə birgə “Narkomaniya əsrimizin bəlasıdır” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbiri 7 saylı uşaq iotabxanasının müdiri Leyla Məmmədli açaraq narkomaniyanın ümumbəşəri bir bəla olduğundan və törətdiyi fəsadlardan, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə İş sektorunun müdiri Rüstəm Sadıqzadə narkomaniya, onun əsirliyindən xilas olmaq yollarından danışdılar.
Tədbirdə “Narkomaniyaya aparan yol”, “İnsanları narkotik vasitələrdən istifadə etməyə vadar edən səbəblər”, “Ağ ölümün pəncəsindən xilas olmağın yolları”, “Narkotik aludəçilərinə komək etməyin yoları”, “Narkotika istifadəçiləri kimdir-cinayətkar, yoxsa xəstəliyə düçar olmuş insan” və s. suallar ətrafında müzakirələr apaıldı, fikirlər bildirildi.
08.10.2011
8 saylı uşaq kitabxana filialda ekskursiya
Sumqayit şəhər Gənc turistlər və diyarşünaslıq mərkəzinin müəllimi Elza Səlimova öz şagirdləri ilə 8 saylı uşaq kitabxana filialda ekskursiyada olmuşlar. Kitabxanaçı Sevda Məhəmmədova uşaqlara kitabxana haqqqinda məlumat verdikden sonra, onlari "Vətəni sev, öyrən, keşiyində dur!", "Nağıllar aləminə səyahət", "Fonda daxil oln yeni ədəbiyyat", “Əgər Azərbaycan bir ümman olsa, onun bir dalğası Sumqayıtımdır" adlı sərgilərlə tanış etdi, katoloq və kartateka haqqında məlumtlandırdı. Uşaqlara kitabı necə oxumaq, onunla necə rəftar etmək haqqında bilgilər verdi.
29.09.2011
Söz bayramı - 2011
Hər il olduğu kimi bu ildə Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycan Yazıçılar Birliyi Sumqayıt Bölməsi ilə birlikdə “Söz” bayramı devizi altında yazarlarla görüş keçirmişdir.. Dövlət Müstəqilliyinin bərpa edilməsinin 20- ci ildönümünə təsadüf edən bu görüş S.Vurğun adına mərkəzi kitabxana, 2, 3, 4, 7, 8, 9, 10, 12, 14,16 saylı kitabxanalar və N.Gəncəvi adına Uşaq kitabxana klubda keçirilmişdir. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü olan sumqayıtlı şairlər iştirak etmişdir. Kitabxanalarda Sumqayıt yazarlarının kitablarını əks etdirən sərgi təşkil edilmiş, oxuculara xülasə verilmişdir. Tədbirin sonunda qələm sahibləri oxucuların suallarına cavab vermişlər.Tədbir oxucuların böyük marağına səbəb olmuşdur.
18.08.2011
Uşaq kitabxanasında "Kim? Nə? Harada?" adlı sual-cavab gecəsi
keçirilmişdir
12 saylı uşaq kitabxanasında “Kim? Nə? Harada?” adlı sual-cavab gecəsi keçirilmişdir. Kitabxanaçı Elza Həsənova ilk öncə uşaqlara kitabın, mütaliənin insanın həyatında oynadığı rolu, tədbirin keçirilməsi məqsədi haqqında məlumat vermiş və qeyd etmişdir ki, tədbir S.Vurğun adına Mərkəzi Kitabxana tərəfindən élan edilmiş “Mütaliə ili” çərçivəsində keçirilir. O, bildir mişdir ki, Kitabxannın elmin müxtəlif sahələrinə aid zəngin fondu var. Oxucular yay tətili günlərini daha dolğun və mənalı keçirtmək, orta məktəb dərsliklərindən əldə etdiyi biliyi təkmilləşdirmək məqsədilə kitabxananın fondundan da bəhrələnə bilər.
Sonra uşaqlar ədəbiyyat, tarix, coğrafiya fənlərinə aid qabaqcadan tərtib edilmiş suallara ətraflı və dolğun şəkildə cavab vermiş, onları maraqlandıran suallara cavabı isə Aslı Kaplanın “Nə? Necə? Nə üçün?” kitabının köməkliyi ilə əldə etmişlər. Oxucuların təşəbbüsü ilə öz aralarında “ən sürətli oxu”, “ən iti hafizə” yarışları da keçirilmişdir. Öz fəallığına görə fərqlənən oxucular kitabxana tərəfindən kiçik hədiyyələrlə təltif olunmuşlar.
Daha sonra kitabxanaçı Elza Həsənova oxucuları kitabxanaya daxil olan yeni kitabların qısa xülasəsi ilə də tanış etmişdir.
12.07.2011
Uşaq kitabxanasında "Nağıllar yer üzündə yaşasın deyə" adlı
nağıl saatı keçirilmişdir
12 saylı uşaq kitabxanasında 18 saylı “Təhminə” uşaq bağçasının məktəbəqədər qrupu ilə birgə “Nağıllar Yer üzündə yaşasın deyə” adlı nağıl saatı keçirilmişdir.
Tədbiri giriş sözü ilə kitabxanaçı Leyla Quliyeva açaraq qədim mədəniyyətimizin yaddaş salnaməsi sayılan nağılların uşaq dünyasında oynadığı rolundan, onların mövzu və məzmununa görə növlərindən danışmışdır. O,eyni zamanda bildirmişdir ki, şəhərimizin Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən bu il “Mütaliə ili” élan olunmuşdur və biz kitabxana işçilərinin də məqsədi yay tətili günlərində oxucuların daha çox mütaliə etməsinə, öz asudə vaxtlarını kitabla birgə keçirmələrinə hərtərəfli şərait yaratmaqdır.
Daha sonra kitabxanaçı Elza Həsənova fonda yeni daxil olan nağıl kitabları haqqında uşaqlara məlumat vermiş və “Dovşan və tısbağa”, “Ağlayan şahzadə qız”, “Qızıl qaz” nağıllarını ucadan oxumuşdur. Uşaqlar “Qoğal”, “Turp”, “Cırtdan” nağıllarına tamaşa etdikdən sonra onlara verilən suallara cavab vermiş, nağıllar haqqında öz fikirlərini bildirmişlər.
01.06.2011
Uşaq kitabxanasında 1 iyun Uşaqların Beynəlxalq Mudafiə günü
qeyd edilmişdir
12 saylı uşaq kitabxanasında 1 iyun Uşaqların Beynəlxalq Müdafiə günü münasibətilə səhərcik keçirilmişdir.
“Qardaş olsun, sirdaş olsun bu dünyanın övladları” adlı tədbir kitabxananın oxu zalında 12 saylı tam orta saylı məktəbin 1b sinif şagirdləri və valideynlərin iştirakı ilə keçirildi. Tədbiri kitabxananın müdiri Tağıyeva Nailə açaraq uşaqları bayram münasibətilə təbrik edərək bildirdi ki, bu gün uşaqlar üçün ən əlamətdar və yadda qalan fərəhli bir gündür. 1950 ci il iyunun 1-dən başlayaraq hər ilin bu günü Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi qeyd edilir. Uşaq hər bir evin, ailənin sevincidir. Bu sevincin dadını onu yaşayanlar daha yaxşı bilir. Uşaq elə bir nemətdir ki, insanı yaşamağa, qurub yaratmağa, sabaha inam bəsləməyə, xeyirxah olmağa səsləyir.
Sonra birincilər öz şən mahnıları, rəngarəng rəqsləri, vətən, ana, bayraq, məktəb haqqında şeirlər və səhnəciklər ilə tədbiri davam etdirdilər.
29.05.2011
Uşaq kitabxanasının əməkdaşları oxucularla birlikdə "Qobustan"
qoruq-muzeyində olmuşlar
12 saylı uşaq kitabxanası tərəfindən “Turizm ili” çər- çivəsində 12 saylı uşaq kitabxanasının əməkdaşları tərəfindən bir qrup fəal oxucunun iştirakı ilə “Qobustan” Qoruq-muzey kompleksinə ekskursiya təşkil olundu. Əsas məqsəd şagirdləri insanların ən qədim yaşayış məskəni olmuş, daş yaddaşımız sayılan Qobustanla tanış etmək, onlarda öz tarixi haqqında geniş təsəvvür formalaşdırmaq idi. Uşaqlar ilk dəfə ana Xəzərin sahili boyunca baş alıb gedən qədim el yolunun kənarında nəhəng bir qayanın üzərində ucaldılan və rəmzi məna daşıyan qəribə insan rəsmləri, heyrət doğuran möcüzəli bir aləmlə, mərdliklə, gözəlliklə dolu bir tarixlə qarşılaşdılar. Onlar bələdçinin ətraflı izahından sonra bildilər ki, Qobustan Yazılı, Böyükdaş, Kiçikdaş və Cingirdağda qərar tutan təbiət möcüzəsi, sərt qayalar dünyasıdır. Bizim eramızdan əvvəl II minilliyə-“Daş dövrü”nə aid edilən qayaüstü rəsmlərlə tanış olduqca uşaqlar cəngavərlik və zərifliyin bir-birinə qovuşmasının, öz qədimliyi və kamilliyi ilə seçilən tarixi və təsviri incəsənət əsərlərinin şahidi oldular.
Gəzintinin sonunda açıq səma altındakı qoruq-muzey haqqında ətraflı məlumat verildiyi üçün bələdçiyə 27 saylı orta məktəbin müəllimləri Quluzadə İradə
və İsgəndərova Xalidə təşəkkür etdilər. Qobustanla bağlı olan ədəbiyyatlar haqqında isə 12 saylı kitabxananın kitabxanaçı Əliyeva Nəzakət qısa xülasə verdi.
12.05.2011
Mənim hüquqlarım, mənim inkişafımdır
8 saylı uşaq kitabxana filialında “Mənim hüquqlarım, mənim inkişafımdır” adlı tədbir keçirildi. Tədbiri qocaman tarix müəllimi Tağıyev Məmmədəli açdı. Tədbirdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudov uşaq hüquqları haqqında məruzə söylədi və verilən sualları cavablandırdı. Tədbirdə həmçinin Sumqayıt şəhər MKS-nin direktoru Yeganə xanım, biblioqrafiya şöbəsinin müdiri Rəna xanım da iştirak etdilər. 23 və 26 saylı məktəbin şagirdləri və müəllimləri tədbirdə fəal iştirak etdilər.
28.04.2011
Uşaqlar müharibə və hərbi münaqişələr şəraitində
12 saylı uşaq kitabxana filialı tərəfindən 18 saylı tam orta məktəbdə “Uşaqlar müharibə və hərbi münaqişələr şəraitində” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Tağıyeva N. açaraq bildirmişdir ki, cəmiyyətin həssas və kövrək zümrəsi kimi həmişə yüksək qayğı və nəvazişlə əhatə olunan uşaqların hüquqlarının müdafiəsi müasir dövr üçün ən aktual mövzulardan biridir. Dünyanın hər yerində hər il yüzlərlə uşaq terror aktının, müharibənin, müxtəlif xəstəliklərin, aclığın qurbanı olur. Azərbaycanda 2,8 milyon uşaq yaşayır. Onlardan 20136 valideyn qayğısından məhrumdur.Uşaqlarımızın 3144-ü əlildir. 6670 uşaq isə qəyyumluğa verilmişdir. Bu vəziyyətin qarşısını almaq, insanları bu barədə məlumatlandırmaq öndə duran əsas vəzifələrdən biridir. Elə bu məqsədlə də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı(6 oktyabr 2008-ci il) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın tədbirlər planının 2.2.10. bəndinə əsasən 2009-cu il 13 noyabr tarixindən 12 saylı uşaq kitabxanasında “Uşaq hüququ” informasiya mərkəzi fəaliyyətə başlamışdır. Bu mərkəzin açılmasında məqsəd uşaq hüquqlarına dair çap və elektron nəşrləri toplayaraq, ictimaiyyəti uşaq hüquqları haqqında maarifləndirmək, yerlərdə təbliğ edərək, təşkilatlara, məktəblərlə əlaqə saxlayıb, ədəbiyyatlarla təmin etmək, müxtəlif səpkili tədbirlər keçirtməkdir. “Uşaq hüququ” informasiya mərkəzi bu məqsədlə silsilə tədbirlər planı hazırlayaraq üç ilə yaxındır ki, fəaliyyət göstərir. Bu gün də “Uşaqlar müharibə və hərbi münaqişələr şəraitində” mövzusunda söhbət aparmaq üçün buraya toplaşmışıq.
Sonra bu mövzuda danışmaq üçün ilk söz S.Vurğun adına Mərkəzi Kitabxananın biblioqrafı Əliyeva Tərlanə xanıma verildi. O, tədbir iştirakçılarına tarixi mərhələlərlə erməni təcavüzünə məruz qalmış Azərbaycan xalqının, onun məsum körpələrinin başına gətirilmiş vəhşiliklərdən ətraflı danışdı. Çıxışının sonunda məruzəçi bildirdi ki, vəzifəsi bilavasitə uşaqların haqlarını müdafiə etmək olan beynəlxalq təşkilatlar, eləcə də dünya birliyi amansız müharibədə valideynlərini itirmiş, məhv olmuş, şikəst olmuş uşaqların, eləcə də bu gün çadırlarda dünyaya göz açan körpələrin pozulmuş hüquqlarının müdafiəsinə biganə qalmamalı, onların hüquqlarının bərpa olunmasında beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə çalışmalıdırlar.
Daha sonra TRANSSERVİS MMC təşkilatının hüquqşünası Mikayılova Gülər də çıxış etdi, uşaqları maraqlandıran suallara cavab verdi, mövzu ilə bağlı hazırladığı slaydı tədbirdə iştirak edən 18, 12 saylı orta məktəb və İngilis-Fars təmayüllü məktəbin şagirdlərinə təqdim etdi.
Yekun olaraq çıxış edən 18 saylı məktəbin direktoru və millət vəkili Abdullayeva Leyla xanım bildirdi ki, gəlin, sabah müstəqil Azərbaycanın layiqli vətəndaşı olacaq hər bir körpənin sağlamlığını və təbəssümünü qoruyaq. Ona təhsil, bilik, sənət verək, xoşbəxt gələcək bəxş edək. Hər birimiz öz çalışdığımız sahədə nə isə etməyə çalışaq ki, Şuşanın, Laçının, Kəlbəcərin, Cəbrayılın, Ağdamın işğalından sonra doğulub böyüyən, el-obasının adını eşidib üzünü ğörməyən körpələrə öz doğma yurd yerlərini qaytaraq.
27.04.2011
Zamanın fövqündən uca!
Görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə təşkil olunmuş “Zamanın fövqündən uca” adlı tədbiri giriş sözü ilə məktəbin ibtidai sinif müəlliməsi Nəsibova Yenigül açaraq bildirdi ki, ulu öndərimiz Heydər Əliyevin doğum gününü təntənə ilə qeyd etmək, onun əbədi xatirəsini böyük ehtiram hissi ilə yad etmək ölkəmizdə bir ənənəyə çevrilmişdir. Bu il də respublikamızın hər yerində olduğu kimi, bizim məktəbdə də 12 saylı uşaq kitabxanasının yaxından iştirakı ilə bu tədbiri keçirtməyi özümüzə mənəvi borc bildik. Xalqımız ümummilli lideri qəlbində daim yaşadır, onu sonsuz ehtiramla yad edir, respublikamızın hərtərəfli tərəqqisi üçün göstərdiyi xidmətləri unutmur, böyük öndərin ideyalarına sadiq qaldığını bildirir.
Sonra tədbir açıq elan edilərək ulu öndərə həsr olunmuş bədii kompozisiyanı təqdim etmək üçün dördüncü sinif şagirdləri səhnəyə dəvət olundu. Əvvəlcə Azərbaycan Respublikasının üçrəngli bayrağı səhnəyə gətirildi. Sonra uşaqlar dövlət himni oxudular. Daha sohra dahi rəhbərə həsr olunmuş şeirlər, mahnılar ifa etdilər, Azərbaycana həsr olunmuş mahnının sədaları altında rəqs etdilər. Tədbir zamanı Babayeva Ülkər və Səfərəlizadə Neyjəm(aparıcılar), Əliyeva İlahə, Şahbazova Şəbnəm, Qarayev Elvin, Cəbrayılov Orxan və başqaları öz fəallıqları ilə həmyaşıdlarından seçildilər.
Sonra uşaqlar ulu öndərin həyat və fəaliyyətini işıqlandıran “Ucalığın pəncərəsi” adlı kitab sərgisi haqqında qısa xülasəni dinlədilər. Tədbirin sonunda məktəbin direktoru, millət vəkili Abdullayeva Leyla çıxış edərək, ilk öncə dahi və əvəzedilməz insan Heydər Əliyevin əziz xatirəsinə həsr etdikləri bu fəal çıxışlarına görə uşaqlara təşəkkür etdi, dördüncüləri “Gənc heydərçilər” sırasına qəbul etmək üçün hər birinə Heydər Əliyev döş nişanını təqdim etdi və yekun nitqi söylədi. O, bildirdi ki, əziz dördüncülər, sizin bu gün “Gənc heydərçilər” sırasına daxil olmaqla məsuliyyətiniz daha da artmış olur. Çünki bu gündən etibarən dahi şəxsiyyətin adını doğrultmaq, onun ideyalarına sadiq qalmaq, Vətənə, doğma torpağa, adət-ənənələrimizə, tariximizə, milli dəyərlərimizə onun kimi sadiq qalmaq hər birinizin mənəvi borcudur. Sonra uşaqlar bu deyilən fikirlərə sadiq qalacaqlarına, daha da yaxşı oxuyacaqlarına and içdilər.
11.04.2011
Uşaq əməyinin istismarı yolverilməzdir
11 aprel 2011-ci il tarixində Nizami Gəncəvi adına Uşaq Kitabxana –Klubunda 2009-cu ildən 12 saylı uşaq kitabxana filialında fəaliyyət göstərən “Uşaq hüququ” informasiya mərkəzi xətti ilə tədbir keçirilmişdir. “Uşaq əməyinin istismarı yolverilməzdir” adlı tədbiri MKS-in biblioqrafiya şöbəsinin müdiri Həsənova Rəna açaraq bu mərkəzin yaradılmasının məqsəd və məramı, uşaqların cəmiyyətdə və ailədəki mövqeyi, sözügedən mövzunun aktuallığı, hər bir uşağın öz hüquqlarını bilməsi zərurəti, valideynlərin və məktəbin bu sahədə vəzifə borcları haqqında geniş məlumat verdi.
Sonra söz qonaqlara verildi. 13-cü mikrorayon üzrə sahə inspektoru RafaelMəmmədov, Təhsil şöbəsinin metodisti Ulduzə Namazova, MKS-in direktoru Yeganə Əhmədova, 12 saylı kitabxananın müdiri Nailə Tağıyeva müsir dövrdə uşaq əməyinin istismarı ilə bağlı mövcud olan problemlərdən və onların aradan qaldırılması yollarından danışdılar, bu məsələ ilə bağlı 33 saylı məktəbin şagirdlərinin verdiyi suallara ətraflı cavab verdilər. Sonda iştirakçılar “Hüquq-azadlığımızın ölçüsü” adlı sərgi ilə də tanış oldular. Sərgidə nümayiş etdirilən materiallar oxucuların marağına səbəb oldu.
04.04.2011
E L A N
Aprelin 11-də saat 11.00-da N.Gəncəvi adına UKK-da "Uşaq hüququ" informasiya mərkəzi xətti ilə keçiriləcək "Uşaq əməyinin istismarı yolverilmıəzdir" mövzusunda tədbir olacaq.
Arzu edənlər iştirak edə bilərlər.
16.03.2011.
12 saylı uşaq kitabxanasında Novruz şənliyi ke�irilmişdir
12 saylı uşaq kitabxanasında Novruz bayramı münasibətilə keçirilmiş "Zamanın yadigarı ulu Novruz" adlı tədbir keçirilmişdir.
Tədbir 12 saylı məktəbin müəllim və şagird kollektivi ilə birgə keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Tağıyeva Nailə açaraq iştirakçıları və qonaqları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək bildirdi ki, fəsillərin yaşıl tacı olan baharın müjdəçisi Novruz gəlir elimizə. Baharın gəlişi ilə el-obada toy-büsat qurulur. Azərbaycan xalqının mənəvi sərvətlər dünyasında özünə əbədiyaşarlıq qazanan Novruz Bayramını illərdir ki, xalqımız böyük məhəbbətlə, yüksək əhval-ruhiyyə ilə qeyd edir. Heç təsadüfi deyil ki, ölkə başçısının diqqət və qayğısı sayəsində Novruz ölkəmizin milli dövlət bayramı çərçivəsindən çıxaraq, BMT-nin qərarı ilə 28 fevral 2010-cu ildən beynəlxalq status alaraq artıq dünyanın bir çox ölkələrində qeyd edilir. Daha sonra tədbiri kitabxananın ən fəal oxucularından olan Məmmədov Samir və Fərziyeva Nəzrin davam etdirərək qonaqları və sinif yoldaşlarını təbrik etdikdən sonra sözü iştirakçılara verdilər. Səhnəyə Bahar qızla birlikdə əllərində xonça və səməni tutmuş rəfiqələri də gələrək rəqs edib, mahnı oxudular. Keçəlin məclisə gəlişi şənliyi daha da canlandırdı. Onlar uşaqlara ötüb-keçən çərşənbələrdən, Novruz adətlərindən maraqlı əhvalatlar danışdılar. Qasımlı Bilal, Ələkbərli Əli, Qasımova Aliyə, Məmmədova Aysel, Nağıyeva Arzu və başqaları Novruza aid atalar sözləri, tapmacalar, bayatılar, inanclar söylədilər, həmyaşıdlarına milli adət-ənənələrimizlə bağlı suallar verdilər, yumurta döyüşdürdülər, Kosanın da torbasını bayram payı ilə doldurub yola saldılar. Beləcə, deyə-gülə, nəğməli, səmənili, xonçalı bayram şənliyi başa çatdı.
15.03.2011.
Kitabxanada Novruz bayramı keçirilib
14 saylı kitabxana filial 6 saylı klubla birgə "Novruz bayramınız mübarək" adlı tədbir keçirdi. Tədbiri giriş sözü ilə 14 saylı kitabxananın müdiri Pirimova Hafizə açaraq sözü aparıcılar- İsrafilova Təranə və Yusifova Vəfaya verdi. Bahar qızın və kosanın gəlişi tədbiri daha da maraqlı etdi. Tədbirdə bir-birindən maraqlı musiqilər səsləndi. Balaca güləşçilərimizin çıxışı, daha sonar uşaqların ifasında "Dəyirmançı" adlı səhnəcik tədbir iştirakxıları tərəfindən maraqla qarşılandı.
14.03.2011.
Kitabxanada Vurğun Poeziya günləri keçirilib
10 saylı kitabxana-filial 16 saylı orta məktəblə birgə Vurğun Poeziya günləri ilə əlaqədar olaraq"Saz tutub, söz qoşub yada sal məni" adlı tədbir keçirmişdir. Tədbirdə məktəbin 3-cü sinif şagirdlərinin ifasında "Azərbaycan" şeri əsasında kompozisiya nümayiş etdirilmişdir. Şairin sözlərinə bəstələnmiş mahnıların - "Dağlar", "Azərbaycan", "Ceyran" və s. sazda ifası tamaşaxılar tərəfindən maraqla qarşılanmışdr. Tədbirdə şəhərimizin tanınmış şairləri-İbrahim İlyaslı, Rəfiqə Şəms, Məryəm Aslanqızı, Xatirə Fərəcli xalq şairi Səməd Vurğun haqda tamaşaçılara geniş məlumat vermişlər. Şairin bir sıra şeirləri şagirdlər və oxucular tərəfindən söylənmişdir. Həmçinin tədbirdə şairin "Vaqif" pyesi əsasında hazırlanmış kompozisiya nümayiş etdirilmiş, S.Vurğunun ev muzeyindən çəkilmiş qısa video-çarx nümayiş etdirilmişdir.
07.03.2011.
Kitabxanaçılar uşaq bağçasında 8 Mart Beynəlxalq Qadınlar Bayramı
münasibətilə tədbir keçrilmişlər
12 saylı uşaq kitabxanası tərəfindən 71 saylı "Heyran" uşaq bağçasında 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə bağçanın məktəbəqədər hazırlıq qrupunun tərbiyəçisi Rəhimova Aidə a�araq bildirdi ki, bəşəriyyətin ən zərif, ən kövrək məxluqu, eyni zamanda həm məhəbbət, dözüm, dəyanət, vəfa, ismət, paklıq rəmzi sayılan qadın ilk növbədə anadır. Kimliyindən asılı olmayaraq hər bir ana qarşısında baş əyir. Qadın xoşbəxtliyə gedən yolun yolçusudur. Analar dünyaya bəşəriyyətin fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Tədbirdə çıxış edənlər bağçanın yuxarı yaş qrupu üzrə m�əlliməsi Nəsrullayeva Gülçöhrə və 12 saylı kitabxananın kitabxanaçısı Əliyeva Nəzakət də öz çıxışlarında Azərbaycan qadınının cəmiyyətdə tutduğu yoldan, xalqımızın zəngin milli-mənəvi dəyərlərinin əsrlər boyu qorunub saxlanmasında və yaşadılmasındakı, neçə-neçə vətən oğullarının yetişdirilməsindəki rolundan bəhs etdilər.
Söz körpə fidanlara verildi. Onların ifasında "Anamı incitmirəm", "Nənəmiz" mahnıları, "Cocuqlar", "Dəcəl qızı" rəqsləri, analara həsr olunmuş şeirlər təqdim olundu.
Sonra anaları təbrik edən Kitabxanaçı Əliyeva N. öz ifası ilə fərqlənən uşaqlara kitab hədiyyə etdi.
25.02.2011.
Şəhər kitabxanalarında Xocalı faciəsi qeyd edilib
Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar olaraq 10 saylı kitabxana filial "Gənclik" klubu ilə birlikdə 15 saylı orta məktəbdə "Xocalı soyqırımı" adlı tədbir keçirib. Tədbirdə oxuculara faciə haqqında ətraflı məlumat verilib, oxucular faciəni əks etdiriən seirlər söyləyiblər. Sonda kitabxana işçiləri oxucuları "Tariximizin qanyaddaşı" başlığı altında təşkil edilmiş sərgi ilə tanış ediblər.
24.02.2011.
12 saylı uşaq kitabxanasında Xocalı faciəsinin qurbanları anılmışdır
Fevralın 24-də 12 saylı uşaq kitabxana filialında Xocalı faciəsinin 19-cu ildönümü münasibətilə "Yaddaşların Xocalı ağrısı" adlı tədbir keçirilmişdir. Əvvəlcə Xocalı şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən �vladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra tədbiri kitabxananın müdiri Tağıyeva Nailə açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin 366-cı motoatıcı alayının köməyi ilə törətdikləri Xocalı faciəsi haqqında məlumat vermiş, xatırlatmışdır ki, həmin gecə yüzlərlə soydaşımız vəhşicəsinə öldürülmüş, şikəst edilmiş, itkin düşmüş, əsir aparılmış, şəhər büsbütün yandırılaraq yer üzündən silinmişdir.
Tədbirdə iştirak edən 11 saylı məktəbin ibtidai sinif m�əlliməsi Namazova Pakizə və 12 saylı məktəbin müəlliməsi Məmmədova Xuraman da çıxış edərək Xocalıda erməni qəsbkarlarının xüsusi amansızlıqla törətdikləri misli görünməmiş qanlı cinayətdən, köməksiz, əliyalın insanlara divan tutulmasından və şəhəri mödafiə edərək qəhrəmanlıqla şəhid olmuş xocalıların şücaətlərindən söz açdılar.
Tədbir 11 saylı məktəbin 3a sinif şagirdlərinin hazırladıqları bədii kompozisiya ilə davam etdirildi. Onların ifasında "Əsgər marşı", "İgid əsgər", Əsgər qardaşlar" mahnıları səsləndi. Sonda Xocalı facıəsini əks etdirən şəkillər, videoçarxlar və şair-publisist Əvəz Mahmud Lələdağın "Xocalı harayı" adlı poemasının motivləri əsasında çəkilmiş qısametraylı film nümayiş etdirilmişdir. Kitabxanaçı Əliyeva Nəzakət "Əsrin böyük faciəsi" adlı kitab sərgisində nümayiş etdirilən on altı adda kitab, dövri mətbuat və audiovizual material haqqında iştirakçılara ətraflı məlumat vermişdir.
23.02.2011
Uşaqlar Abdulla Şaiqi andılar
Fevralın 23-də 12 saylı uşaq kitabxanasında görkəmli şair, nasir, pedaqoq Abdulla Şaiqin anadan olmasının 130 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Tağıyeva Nailə açaraq, şairin həyat və yaradıcılığı haqqında qısa məlumat vermiş, bildirmişdir ki, Abdulla Şaiq Azərbaycan mədəni fikir tarixində görkəmli şair, nasir, dramaturq, ədəbiyyatşinas alim kimi mühüm yer tutur. A.Şaiq XX əsr uşaq ədəbiyyatımızın yaradılması və inkişaf etdirilməsində ardıcıl və məqsədyönlü şəkildə çalışmış, öz fəaliyyəti ilə bu sahədə bir məktəb yaratmışdır. Uşaq psixologiyasına, onun maraq dairəsi və anlaq səviyyəsinə bələd olan incə zövqlü, həssas duyğulu sənətkar "Xoruz", "Keçi", "Uşaq və dovşan", "Bənövşə", "Qərənfil" və sair bu kimi məşhur şeirlərə əbədi həyat qazandırmışdır. Çünki hər bir valideyn dil açmağa başlayan körpəsinə ilk olarq bu şeirləri öyrədərək, onların uşağın yaddaş xəzinəsinəsində əbədilik yer tutmasına nail olur.Tədbir zamanı xüsusilə qeyd olundu ki, bu il yüksək sənətkarlıqla qələmə alınmış "Tıq-tıq xanım" mənzum nağılının və "Tülkü və xoruz" təmsilinin nəşr olunmasının 100 ili tamam olur.
Tədbirdə iştirak edən 18 saylı "Təhminə" uşaq bağçasının fidanlarından Abbaszadə Mehriban, Allahverdiyeva Esmira, Şirinov Nihad, Hacılı Ayişə şairin şeirlərindən bir neçəsini ifa etdilər. Sonda uşaqların sevimli "Tıq tıq xanım" və "Tülkü Həccə gedir" cizgi fimləri təqdim olundu.
Dekabrın 21-də 12 saylı uşaq kitabxanasının Elektron İnformasiya Xidməti Şöbəsində “Təfəkkürün inkişafında informasiya texnologiyalarının rolu” mövzusunda tədbir keçirilib. Tədbiri griş sözü ilə açan kitavxanaçı Nəzakət Əliyeva oxuculara müasir insan üçün informasiya texnologiyalarının, İnternetin əhəmiyyətindən, orada məlumatları əldə etməyin axtarış yolları haqqında danışdı. Sonra uşaqları kitabxanamızda informasiya məkanının necə təşkil olunduğu, müasir texnologiyadan bəhs edən kitablarla tanış edib. Oxucuları maraqlandıran suallara cavab verilib.
29 noyabr tarixində 12 saylı uşaq kitabxanasında “Ekologiya ili” çərçivəsində “Gəlin təbiəti düşünək bir az” adlı tədbir keçirilib. Tədbir 10 saylı məktəbin 5-ci sinif şagirdlərinin iştirakı ilə keçirilib. Kitabxanaçı Nəzakət Əliyeva oxuculara bu tədbirin əhəmiyyətindən və mövzunun aktuallığından, bununla bağlı respublika səviyyəsində görülmüş işlər haqqında məlumat verib. O, bildirib ki, insanı əzəli və son beşiyi olan ana təbiətdən bircə anlığa da təcrid olunmuş təsəvvür etmək mümkün deyildir, çünki insan təbiətin bir hissəsi olub, onunla sıx bağlıdır. XX əsrin başlanğıcında yer kürəsinin əhalisi təmiz hava alır, saf su içirdilər. Dünya sonsuz, təbii sərvətlər isə tükənməz hesab edilirdi. İndi bəşəriyyət elə problemlərlə üz-üzə gəlmişdir ki, onlar insanın mövcudluğunu təhlükə altına almışdır. Atmosferin çirklənməsi, torpaq örtüyünün qüvvədən düşməsi və xarab olması, su hövzələrinin kimyəvi zəhərlənməsi belə problemlərin ən vaciblərindəndir. Sonra N.Əliyeva oxuculara ekologiya ilə bağlı suallar verib, kitabxanada tərtib olunmuş “Yaşıl çətirli dünya” adlı kitab sərgisi və kitabxanaya Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Sabir Sarvan tərəfindən hədiyyə olunmuş “Təbiət düşünür, düşündürür” adlı kitabı haqqında məlumat verib.
Daha sonra uşaqlar müəllimələri Zəminə Quliyeva və kitabxanaçı Nəzakət Əliyeva ilə birlikdə kitabxananın ətrafında olan ağaclara qulluq edib, torpağ belləyiblər.
Tədbirdə oxucular Rəhim İmanov, Gülşən Hüseynova, Tural Kərimov, İsmayıl Məmmədov, Fəridə Teymurzadə öz fəallıqları ilə yoldaşlarindan seçiliblər.
Noyabrın 8-də 12 saylı uşaq kitabxanasında “Qaraca qız”-uşaq ədəbiyyatının nadir incisi” adlı kitab müzakirəsi keçirilib. Tədbir görkəmli yazıçı S.S.Axundovun 135 illiyi münasibətilə kitab müzakirəsi keçirilib. Tədbirdə 11saylı məktəbin IV sinif şagirdləri iştirak ediblər. Tədbiri giriş sözü ilə kitabxanaçı Leyla Quliyeva açaraq yazıçının həyat və yaradıcılığı haqqında məlumat verib. Daha sonra L.Quliyeva oxuculara “Qaraca qız” əsəri haqqında məlumat verərək bildirib ki, “Qaraca qız” ədibin nəsr yaradıcılığının şah əsəridir. Əsərin əsas qəhrəmanı Qaraca qızdır. Qaraca qızın simasında yazıçı ədəbiyyatımızda ilk dəfə olaraq zəhmətkeş ailəsindən olan uşağın bitkin, çox təsirli, parlaq, eyni zamanda tragik, unudulmaz surətini yaratmış, onda nəcib arzular təcəssüm etdirmişdir.Yazıçı böyük ustalıqla qələmə aldığı bu hekayəsində uşaqlara xeyirxahlıq, düzlük, mərdlik kimi müsbət keyfiyyətlər aşılayır. Bu əsəri mütaliə edən kiçik yaşlı oxucularda qəddar, acgöz, qorxaq, xüdbin insanlara dərin nifrət hissi baş qaldırır. Uşaqlar bu çıxışdan sonra Qaraca qız surətinin təhlilinə başlayıblar. Müzakirədə fəal iştirak edən İskəndərova Nazənin, Xəlilova Nigar, Nurəliyeva Lalə, Kərimova Esmiralda, Fidayev Vüsal, Əliyarov Əziz və başqaları kiçik yaşlarından bərkə-boşa düşmüş, həyatın hər çətinliyinə dözmüş Qaraca qız surəti haqqında öz fikir və mülahizələrini söyləyiblər. Onlar bildiriblər ki, Qaraca qızın açıqürəkliliyi, dostluğa sadiqliyi bizdə bu obraza qarşı dərin hörmət, məhəbbət və rəğbət hissi oyatdı. Tədbirin sonunda kitabxanaçı Nəzakət Əliyeva ədibin əsərlərindən ibarət kitab sərgisi ilə oxucuları tanış edərək, nümayiş etdirilən kitablar haqqında xülasə verib. Sonda dördüncülərin müəlliməsi Fəridə Şirinova kitabxananın əməkdaşlarına öz təşəkkürünü bildirərək qeyd edib ki, gənc nəslin dünyagörüşünün formalaşmasında, təlim-tərbiyəsində, mütaliə maraqlarının istiqamətləndirilməsində belə əsərlərin rolu əvəzedilməzdir. Arzu edirəm ki, ədibin bu silsilədən olan bütün hekayələrinin müzakirəsini təşkil edəsiniz.
Oktyabrın 29-da H.Z.Tağıyev adına uşaq kitabxsnasında Ekologiya ili ilə əlaqədar olaraq “Dünyanı, təbiəti, insanları qoruyaq” adlı tədbir keçirildi.Tədbirdə Ekologiyanın təmizlənməsi üçün həyata keçirilən layihələr, Yerli və xarici şirkətlərin işlətdiyi müəssisələrdə təmizləyici qurğulardan istifadə mexanizmləri, təbiətdə çirklənmələrin başlıca səsbləri, ekoloji şüurun inkişaf etdirilməsi üçün görülən işlər, bu sahədə maarifləndirmə və reklam işinin gücləndirilməsi ilə bağlı atılan addımlar barədə məruzələr oxundu.Sonda tədbir iştirakçıları kitabxanada təşkil edilən “Təbiəti sevək və qoruyaq” adlı sərgi ilə tanış oldular.Qeyd eədək ki, tədbirdə Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Mehman Adıgözəlov, müavini Xatirə Əliyeva, 4 saylı ərazi Ekologiya və təbiətdən istifadəyə nəzarət komitəsinin baş məsəhətçisi Rəman Qazıyev, məsləhətçisi, coğrafiya elmləri namizədi Kamil Abdulov və s. qonaqlar iştirak edirdi.
Əsrlər boyu poeziya Azərbaycanda mənəvi sərvət sayılıb, şair sözü bütün dövrlərdə müqəddəs tutulub. Poeziya yenə də bu, əzəli və əbədi missiyanı şərəflə yerinə yetirir. Hər il olduğu kimi, bu il də 30 sentyabr Sumqayıt yazarlarının poeziya günü ilə əlaqədar 4 və 12 saylı kitabxanalarda Şəhər Mədəniyyət Evi ilə birgə Sumqayıt yazarları ilə görüş keçirilib. Tədbirdə öz dəsti-xətti ilə sayılan, seçilən və çox sevilən yazarlarımızdan Qüdrət Muğanlı, Qəhrəman Tovuzlu, Gülnarə Cəmaləddin, Məqsəd Şiştəpəli, Rafiq Dağkəsəmənli və Mədaxil Cavadlı iştirak edirdi.Tədbirdə iştirak edən şairlər söz və sənət dünyasından söhbət açıb, şeirlərindən, yaradıcılıqlarından nümunlər söyləyiblər. Mədəniyyət Evinin dram dərnəyinin üzvlərindən Arzu Mustafayeva, Nigar Vəliyeva, 12 saylı kitabxananın fəal oxucularından Salahova Jalə, Həmidov Əlyəddinin ifasında şairlərin şeirlərindən nümunələr səslənib. Sonda şairlər oxucuların çoxsaylı suallarına cavablandırıb.
Bilik günü ilə əlaqədar Nizami Gəncəvi adına uşaq kitabxana klubda tədbir keçirilib.
Tədbirdə kitabxnanın fəal oxucuları məktəbə həsr olunmuş şeirlər söyləyib, yumoristik səhnəciklər nümayiş etdiriblər. Azyaşlı oxucular həmçinin şair Rafiq Yusifoğlunun “Nitq hissələri” şeri əsasında da səhnəcik nümayiş etdiriblər. Tədbirin sonunda oxucular Bilik günü ilə əlaqədar tərtib olunmuş kitab sərgisi ilə tanış olublar.
Sentyabrın 15-də Bilik günü münasibətilə 11 saylı orta məktəbin 3-cü sinif şagirdlərinin 12 saylı uşaq kitabxanasına ekskursiyası təşkil edilib. Ekskursiya zamanı uşaqlara kitabxananın yaranma tarixi, fondu, soraq-məlumat aparatı, xidmət zalları və onların funksiyaları, sərgilər, foto-stendlər, eyni zamanda, kitabxanada fəaliyyyət göstərən “Uşaq hüququ” informasiya mərkəzi haqqında məlumat verilib.
Iyulun 19-da 12 saylı uşaq kitabxanasında “Dəyişən zamanda dəyişməyən dəyərlər” adlı dəyirmi masa keçirilib. Tədbir yay istirahət düşərgəsində dincələn uşaqlar üçün nəzərdə tutulub. Tədbirin keçirilməsində məqsəd uşaqlarda yaşadığımız qloballaşan, ziddiyyətli bir zamanda azərbaycançılıq ideyasının qorunub saxlanıması, xalqın milli varlığını ifadə edən rəmzlərə, adət-ənənəərə, ana dilinə, dininə, tarixinə, soykökünə, mdəniyyətinə məhəbbət aşılamaq və bu mövzu ilə əlaqədar onların fikirlərini öyrənmək olub.Sonda uşaqlara milli ruhlu, müasir düşüncəli gənc nəslin yetişdirilməsi, zəngin daxili aləmə malik azərbaycanlı obrazıın bəşəri miqyasda tanıdılması üçün azərbaycançılığa sözdə deyil, real fəaliyyətdə əməl edilməsi, xalqımızın əsrlər boyu yaratmış olduğu milli sərvətlərinə dərin hörmət və qayğı ilə yanaşmağın vacibliyi vətəndaşlıq borcu kimi tövsiyə olunub.
İyulun 17-də 12 saylı uşaq kitabxanasında “Sandıqçadan suallar” adlı sual-cavab gecəsi keçirilib.
Tədbirin keçirilməsində məqsəd uşaqların məktəb dərsliklrindən oxuduqlarını və bildiklərini təkmilləşdirmək olub. Tədbirdə iştirak edən azyaşlı oxucular ədəbiyyat, tarix, coğrafiya fənlərinə aid sualları ətraflı və dolğun cavablandırıb, Azərbaycan dili üzrə hazırlanmış didaktik oyunlara lövhə qarşısında cavab veriblər. Sual-cavab zamanı öz fəallığı ilə seçilən oxucular - Lalə Həsənova, Tahir Həsənov, Rəna Vəliyeva, Kənan Paşazadə, Gültəkin Bayramlı və Aynur Davudova xüsusilə fərqləniblər.
İyulun 15-də 12 saylı uşaq bağçasının kollektivi “Ayla” uşaq bağçasında “Mənim nağıllı dünyam” adlı tədbir keçirib. Tədbirin məqsədi uşaqları kitabxananın fonduna yeni daxil olan ədəbiyyatlarla tanış etmək olub. Belə ki, uşaqlara “Biri var idi, biri yox idi”, “Sevimli nağıllarım”, Küllücənin əhvalatı və başqa nağıllar”, “Balaca qırmızıpapağın əhvalatı və başqa nağıllar”, “Pinokkionun əhvalatı və başqa nağıllar” adlı nağıl kitabları, yazıçı Gülzar İbrahimovanın “Mən uşaq deyiləm”, “Dostlarım məndən qaçar”, şair İlyas Tpdığın “Köşək” şeirlər kitabı haqqında ətraflı məlumat verilib. Daha sonra kitabxanaçı E.Həsənova körpə fidanlar üçün “Cırtdan”, “Süleyman şah və qarışqa”, “Qar kraliçə” nağıllarını oxuyub və uşaqların suallarını cavablandırıb. Tədbirdə həmçinin kitabxana işçiləri uşaqların əl işləri ilə tanış olub, ifalarında şeir, və nağıllar dinləyiblər.
İyulun 7-də 12 saylı uşaq kitabxanasında maarifçi-satirik şair S.Ə.Şirvaninin 175-illiyi münasibətilə təmsil saatı keçirilib.
Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri Nailə Tağıyeva oxuculara şairin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verib. Tədbirdə oxucuların iştirakı ilə şairin “Riyakar abid”, “Aslan və iki öküz”, “Ayı və siçan”, “Qaz və durna”, “Tülkü və çaqqal”, “Qarınqulu abid” təmsilləri oxunaraq təhlil olunub. Sonda kitabxanaçı Elza Həsənova oxucuları şairin əaərlərindən ibarət kitab sərgisi ilə tanış edib.
Artıq 2-ci ildir ki, Sumqayıtın ümumtəhsil məktəblərində oxuyan şagirdlərin vətənimizin dilbər guşlərindən birinə -Qubanın “Qırmızı qərənfil” yay istirahət mərkəzinə ekskursiyaları təşkil edilir. Növbəti ekskursiyaya “Təfəkkür” düşərgəsində dincələn uşaqların istirahətlərinin səmərəli və maraqlı eçirilməsi üçün H.Z.Tağıyev adına 7 saylı uşaq kitabxanasının əməkdaşlarıda cəlb olunub. Ekskursiya zamanı kitabxana işçiləri tərəfindən uşaqlara Xızı, Siyəzən, Şabran, Quba rayonlarının tarixi haqqında məumat verilib. Uşaqların ifasında R.Rzanın, H.Arifin təbiətə həsr olunmuş şeirləri səslənib. Qubanın soyqırım məzarlığını ziyarət zamanı məktəblilərə 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımla bağlı söhbətlər aparıldı. Uşaq hüquqları və ətraf mühitin mühafizəsi ilə bağlı aparılan müzakirələr uşaqların marağına səbəb olub. Tədbirin sonunda uşaqlara “Pinokkonun əhvalatı”, “Təbiət, rənglər və nağıllar”, “Balaca qırmızıpapaq”, “Quşlar”, “Su nədir”, G.İbrahimovanın “Mən uşaq deyilm”, “Tapmaca”, İ.Tapdığın “Köşək”, “Azərbaycan nağılları”, “Heyvanlar əlminin ensiklopediyası”, “Uşaqların ekoloji məhkəməsi” və s. Kitabların, “Günəş”, “Göyərçin”, “Göy qurşağı” jurnallaının, “Savalan”, “Tumurcuq” qəzetlərinin xülasəsi verildi
12 aprel 2010-cu il tarixində 12 saylı uşaq kitabxana-filialında faşizm üzərində Qələbənin 65 illiyinə həsr olunmuş “Sətirlərdə döyüşən illər” adlı tədbir keçirilmişdir.
Kitabxanaçı Quliyeva Leyla tədbiri açaraq bildirdi ki, İkinci dünya müharibəsi bəşəriyyət tarixində ən amansız, ən qəddar müharibə olmuşdur. Almaniya 23 avqust 1939- cu ildə imzalanmış, on il müddətinə hücum etməmək haqqında müqaviləni pozaraq, 1941- ci il iyunun 22- də bütün sərhəd boyu SSRİ üzərinə hücuma keçdi. Bununla da alman- sovet müharibəsi başlandı. Bu müharibə tarixə Böyük Vətən müharibəsi kimi daxil olmuşdur.
Azərbaycan xalqı da o zaman SSRİ- nin tərkibində olduğuna görə alman faşizminə qarşı müharibədə iştirak etmiş, düşmən üzərində qələbə qazanılması üçün var qüvvəsini əsirgəməmiş, öz layiqli sözünü demişdir.
Daha sonra kitabxanaçı oxuculara “Odlu illərin salnaməsi” adlı sərgidə nümayiş etdirilən, müharibə mövzusunda yazılmış kitabların qısa xülasəsini verdi. Oxuculardan Hacıyeva Z., Şahgəldiyev F., Şıxiyev Ə., Əzimova G., Rzayev A., Əliyev K. müharibə mövzusunda və böyük qələbəmizə həsr olunmuş şerlər söylədilər.
15 mart 2010-cu il tarixində 12 saylı uşaq kitabxana- filialında Novruz bayramı münasibətilə “Xoş növraqlı baharım” adlı tədbir keçirilmişdir.
Tədbir 18 saylı məktəbin müəllim və şagird kollektivi ilə birgə keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Tağıyeva N. açaraq tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək bildirdi ki, qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının əski çaglarından daşıyıb gətirdiyi mənəvi dəyərlər içərisində Novruz bayramının özünəməxsus yeri vardır. Çünki Novruz sülh, əmin-amanlıq, səadət, paklıq, təmizlik, mərhəmət bayramıdır. Heç təsadüfi deyil ki, bu il Azərbaycanın təşəbbüsü ilə BMT 21 martı Beynəlxalq Novruz Günü elan etmişdir. Sonra Tağıyeva Nailə iştirakçıları bayram münasibətilə təşkil olunmuş “ Novruzum , baharım, yazım” adlı kitab sərgisi ilə tanış etdi.
Sonra söz oxuculara verildi. Onlar öz çıxışlarında Novruza həsr olunmuş şeirlər, bayatılar söylədilər.”Bahar qızı” rolunun ifaçısı Kazımova Hökümənin oxuduğu “Mən baharın qızıyam” mahnısı , baharla bağlı iştirakçılara verdiyi tapmacalar xüsusi marağa səbəb oldu. Sonda 18 saylı məktəbin müəlliməsi Babayeva Fəridə, kitabxanaçı Cavadova Rəfiqə və MKS-nin direktoru Əhmədova Yeganə tədbir iştirakçılarını bayram münasibətilə ürəkdən təbrik etdilər, uşaqlara bol-bol sevinc, xoş günlər, bahar təravətli xoş anlar arzuladılar
12 saylı uşaq kitabxana- filialında 4 mart 2010-cu ildə 8 Mart Beynəlxalq Qadınlar Bayramına həsr edilmiş “Bəşərə yaraşıq , insanlığa şərafət” adlı şeir dəqiqələri keçirilmişdir.
Kitabxanaçı Əliyeva Nəzakət tədbiri açaraq bildirdi ki, Oğuz ellərində qadın, ana hələ qədim zamanlardan müqəddəs sayılmış, “Ana haqqı Tanrı haqqı”-demişlər. Azərbaycan qadını dünyaya neçə-neçə görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Tariximizin və mədəniyyətimizin neçə-neçə parlaq səhifəsi məhz onların adı ilə bağlıdır. Xalqımızın təfəkkründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür.
Sonra söz oxuculara verildi. Orucova Ayna, Əliyeva Məlahət, Baratov Rauf, Hacızadə Aynur, Qarayev Elvin analarımıza, qadınlarımıza həsr olunmuş şeirlər söylədilər.
Sonda İNTERNET səhifələrində bahar nəfəsli , yaz təravətli analarımız, qızlarımız və gəlinlərimizə həsr olunmuş videoçarxlar nümayiş etdirildi, xatirə şəkilləri çəkdirildi.
25 fevral 2010- cu il tarixində 12 saylı uşaq kitabxana-filialında Xocalı soyqırımının 18-ci ildönümünə həsr olunmuş “Yarın şəhid, yarın şahid Xocalı” adlı tədbir keçirilmişdir.
16 saylı məktəbin III sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə iştirakçılar əvvəlcə Xocalı şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra isə uşaqlar Azərbaycanın himnini ifa etdilər. Kitabxananın müdiri Tağıyeva N. çıxış edərək bildirdi ki, Xocalı soyqırımı XX əsrin sinəsində açılan ən dərin qanlı şırımdır. Bu qanlı faciə nəticəsində Xocalı şəhidləri yandırılmış, qadınlar, uşaqlar, qocalar amansızlıqla öldürülmüş, girov götürülmüş və ağılasığmaz təhqirlərə, zülmə məruz qalmışdır. Xocalı faciəsi neçə-neçə analarımızı oğulsuz, qızlarımızı qardaşsız, gəlinlərimizi dul qoymuşdur.
Tədbirdə şair Əvəz Mahmud Lələdağın “ Xocalı harayı” poeması əsasında çəkilmiş sənədli film nümayiş etdirildi. Uşaqlar Xocalı faciəsinə həsr olunmuş şeirlər söylədilər. Kitabxanaçı N. Əliyeva “Əsrin böyük faciəsi” adlı kitab sərgisi haqqında xülasə verdi.
Sonda 16 saylı məktəbin müəlliməsi N. Zülfüqarova çıxış edərək bildirdi ki, ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin səyi nəticəsində torpaqlarımız düşmən torpağından azad olacaq, qaçqınlarımız öz dədə-baba yurdlarına qayıdacaq, Xocalı şəhəri də yenidən abadlaşacaq, yenidən tikiləcək, qəhrəmanlıq, mərdlik şəhəri olacaqdır.
12 saylı uşaq kitabxana-filialında 19 Yanvar 2010-cu ildə qanlı 20 Yanvar faciəsinin 20 illiyinə həsr olunmuş “Torpağın vətənləşdiyi gün” adlı xatirə gecəsi keçirilmişdir.
4 saylı gənclər kitabxana-filialı və Sumqayıt şəhər Mədəniyyət evinin birgə iştirakı ilə keçirilən tədbir dövlət himni ilə başladı və torpaqlarımızın azadlığı və suverenliyi yolunda şəhid olmuş övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Eminova Sona /F.4/ və Tağıyeva Hailə /F.12/ öz çıxışlarında yanvarın 19-dan 20-nə keçən gecə rus qoşunlarının Bakıda törətdiyi qanlı faciədən, istiqlal uğrunda mübarizə aparan xalqımızın igid oğullarının əzm və mətanətindən, hər cür vəhşiliyə əl atan sovet qoşunlarının xalqın iradəsini qıra bilməməsindən, həmçinin ulu öndər Heydər Əliyevin o zaman Moskvada böyük cəsarətlə bu qanlı terrora siyasi qiymət verməsindən, Azərbaycan həqiqətlərini ilk dəfə olaraq tam aydınlığı ilə dünyaya bəyan etməsindən söhbət açdılar. Sonra tədbir Sumqayıt şəhər Mədəniyyət evinin hazırladığı bədii proqramla davam etdirildi. 20 Yanvara həsr edilmiş şeirlər səsləndirildi, musiqi dinlənildi, ədəbi kompozisiya nümayiş etdirildi. Sonda tədbir iştirakçıları proyektorla 20 Yanvar faciəsindən görüntüləri izləmiş və bir daha vurğulanmışdır ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində itirilmiş torpaqlarımız geri qaytarılacaq. |
 |